Accessibility links

Bayden və Tramp Qara seçicilərin səsini qazanmağa çalışır


Bayden və Tramp Qara seçicilərin səsini qazanmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:49 0:00

ABŞ prezidentliyinə namizədlərinin hər ikisi - Co Bayden və Donald Tramp Qara seçicilərin səsi uğruna mübarizə aparır. Bu qrupun səsi rəqabətli ştatlarda qələbə üçün həlledici ola bilər.

Tramp Nyu-York seçicilərinə deyib ki, seçilməsi hər bir amerikalı üçün xeyirli olacaq.

Donald Tramp, sabiq ABŞ prezidenti: “Dərinin hansı rəngdə olması əhəmiyyət kəsb etmir. Biz hamımız amerikalıyıq və biz buna birlikdə, amerikalılar kimi nail olacağıq.”

Miçiqanda vətəndaş haqları fəalları ilə görüşən Co Bayden isə hər amerikalının kabinetində təmsil olduğunu bildirib.

Co Bayden, ABŞ prezidenti: “Administrasiyamızda tarixdə ən çox afrikalı-amerikalı, ən çox qadın, ən çox azlıq var. Nəticələrimiz buna görə belə yaxşıdır.”

Tramp və Bayden Qara seçicilərin səsi uğrunda mübarizə aparırlar. Bu qrupun səsi rəqabətli ştatlarda qələbə üçün həlledici ola bilər.

Pew Tədqiqat Mərkəzinin rəqəmlərinə əsasən, 2024-cü ildə ABŞ-ın Qara icması üçün əsas seçki mövzusu təhsilin keyfiyyəti və iqtisadiyyatdır. Tramp hər iki problemi həll edəcəyini deyir.

Donald Tramp: “Biz məktəblərimizə uğuru geri gətirəcəyik. Biz məhəllələrimizə, ölkəmizin ən böyük şəhərinin hər hissəsinə rifahı geri gətirəcəyik. ”

Baydenin seçki kampaniyası Qara seçicilər üçün Tramp haqda reklam yayımlayıb.

Bayden deyir ki, Tramp qisasçı namizəddir və onun seçilməsi azlıqlara zərər vuracaq.

Co Bayden: “Tramp Amerikanı irəli aparmaq üçün yarışmır. O, qisas üçün yarışır. Bu, idarəçilik üçün düzgün yol deyil. Sən qisas üzərində gələcək, daha yaxşı yaşayış qura bilməzsən. Ona görə də, mən Amerikanı gələcəyə aparmaq üçün yarışıram.”

İmmiqrasiya Trampın seçki kampaniyasının mərkəzi mövzusudur. O, cənubi Bronksda seçilərə bu haqda danışıb.

Donald Tramp: “Afrikalı-amerikalılar qətlə yetirilir. Hispanik-amerikalılar qətlə yetirilir. Ölkəmizə gələn milyonlarla insanın mənfi təsir göstərdiyi icmalar bizim Qara və Hispanik əhalimizdir. Onlar işlərini, evlərini, itirə biləcək hər şeyi itirirlər.”

Bayden Trampı məğlub etmək üçün seçicilərin köməyinə yenidən ehtiyac duyduğunu deyib.

Co Bayden: “Donald Trampın məğlub edilməsinin səbəbkarı sizsiniz. Onun yenidən məğluq olmasının səbəbi siz olacaqsınız.”

Dörd il öncə Qara seçicilərin 92 faizi Baydenə səs verib. Pew Tədqiqat Mərkəzinin son aya olan məlumatına görə, hal-hazırda Baydenə səs verəcəyini dəyən Qara seçicilərin sayı 77 faizdir. 18 faiz isə Trampa səs verəcəyini bildirir.

Forum

XS
SM
MD
LG