Accessibility links

İqtisadçı Fərid Mehralızadənin saxlanıldığı bildirilir, DİN isə təkzib edir


Fərid Mehralızadə, iqtisadçı
Fərid Mehralızadə, iqtisadçı

Mayın 30-da “Agora – Analitik Kollektiv”in həmtəsisçisi, iqtisadçı Fərid Mehralızadənin saxlanıldığı bildirilir. Bu barədə iqtisadçının yaxınları sosial mediada məlumat yayıblar.

Lakin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bu iddia təkzib olunub və iqtisadçının polisə dəvət olunduğu bildirilib. DİN Mehralızadənin hansı iş üzrə polisə dəvət olunduğu barədə məlumat verməyib.

Hadisə yerində olan jurnalistlər isə bildirir ki, Fərid Mehralızadənin evində axtarış aparılıb, iqtisadçını isə evindən qara maşına mindirərək naməlum istiqamətə aparıblar.

Mehralızadənin yaxınları bildirir ki, onun həyat yoldaşı, həmçinin qadın hüquqları üzrə tədqiqatçı Nərgiz Muxtarovanın da harada olduğu ilə bağlı məlumat yoxdur. Onların sözlərinə görə ictimai fəal Məsud Əsgərdən də səhər saatlarından xəbər ala bilmirlər.

Bir qədər sonra məlum olub ki, Nərgiz Muxtarova və Məsud Əsgər saxlanılmayıblar, telefonları polis tərəfindən əllərindən alınıb.

Forum

XS
SM
MD
LG