Accessibility links

Türkiyə artan rəqabət fonunda İranda hakimiyyətə kimin gələcəyini diqqətlə izləyir


Türkiyə artan rəqabət fonunda İranda hakimiyyətə kimin gələcəyini diqqətlə izləyir
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Türkiyədə İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra onun yerinə kimin keçəcəyi diqqətlə izlənilir. Regionda nüfuz uğrunda rəqabət aparan Türkiyə və İran arasında münasibətlər kritik mərhələdədir. Ekspertlərin fikrincə, İranda növbəti prezidenti seçmək üçün keçiriləcək seçkilərin nəticəsi Türkiyə və İran arasında rəqabət üçün həlledici ola bilər. İstanbuldan Amerikanın Səsinin müxbiri Dorian Cons məlumat verir.

İran prezidenti İbrahim Rəisinin ölümü Türkiyənin İranla münasibətlərində kritik məqama təsadüf edir.

Türkiyənin hərbi dronu helikopterin qalıqlarının tapılmasına kömək edib, lakin təhlilçilər bu cür yardım jestlərinin iki ölkə arasında artan rəqabət fonunda edildiyni deyirlər.

Orta Doğu Texniki Universitetinin professoru Hüseyin Bağcı: “Siyasi və iqtisadi rəqabət hələ də davam edir... Amma Türkiyə prezidentinin açıqlamalarına nəzər salanda o, strateji baxımdan mənfi ifadələrin işlənməməsinə çox diqqət yetirib. Türkiyədə matəm günü idi. Bunu heç kim etməyib, ərəb ölkələri də etməyib”.

Türkiyədə İran prezidentinin ölümülə əlaqədar ümummilli matəm günü qeyd edilsə də, Ankara və Tehran müxtəlif bölgələrdə nüfuz uğrunda getdikcə daha çox rəqabət aparır.

Marmara Universitetinin professoru Bilgehan Alagöz: “Türkiyə üçün indi Cənubi Qafqaz, İraq və Suriyanın gələcəyi onun milli təhlükəsizliyi üçün çox vacibdir. Və burada, bu ərazilərdə Türkiyə onun maraqlarına qarşı İranın müqaviməti ilə üzləşir”.

Türkiyə qüvvələri İraq və Suriyada Türkiyə dövlətinə qarşı döyüşən kürd üsyançı qruplaşması olan PKK-nın bazalarına qarşı irimiqyaslı hücuma hazırlaşır. Ankara dəfələrlə Tehranı onun səylərini dəstəkləmədiyinə görə tənqid edib.

Rəisinin ölümündən sonra İranda yeni prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Təhlilçilər deyirlər ki, Ankara xüsusən də İranda daxili bölünmələri nəzərə alaraq, öz gündəmini həyata keçirmək üçün imkan görə bilər.

Orta Doğu Texniki Universitetinin professoru Hüseyin Bağcı: “Əlbəttə ki, indi hakimiyyət uğrunda mübarizə davam edir. Hərbi qüvvələr və din xadimləri aparıcı yerdədir. Din xadimləri ilə hərbi qüvvələr arasında ortaqlıq mövcuddur. Amma bu iki qurum öz aralarında mübarizə aparır”.

Təhlilçilərin fikrincə, İranın İnqilab Keşikçiləri Qvardiyası gücünü daha da artırsa, bu, İraq və Suriyada Qvardiyanın nəzarətində olan və Türkiyənin maraqları üçün sınaq olan İranın proksi qüvvələrindən daha iddialı şəkildə istifadə ilə nəticələnə bilər.

Bu, Türkiyə ilə İran arasında rəqabətin daha da artırmasına səbəb ola bilər.

Marmara Universitetinin professoru Bilgehan Alagöz: “İnqilab Keşikçiləri Qvardiyası tərəfindən nümayiş etdirilən bu özünə güvən siyasi güclə birləşərək, Yaxın Şərqdə sabitliyi pozan amil olacaq və buna görə də Türkiyə bu məsələyə həmişə narahatlıqla yanaşacaq”.

Ankara və Tehranın Suriya, İraq və Sudanda nüfuz uğrunda rəqabət arışdığı bir vaxt təhlilçilər İranda yeni rəhbərliyə keçid prosesinin region üçün ciddi nəticələrə səbəb ola biləcəyini bildirirlər.

Forum

XS
SM
MD
LG