Accessibility links

Tofiq Yaqublu ev dustaqlığına buraxılmayıb 


Tofiq Yaqublu
Tofiq Yaqublu

Mayın 31-də Bakının Nərimanov Rayon Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətə baxılıb.

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb.

Bu barədə Amerikanın Səsinə Yaqublunun qızı Nigar Həzi məlumat verib. Onun sözlərinə görə, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

“Atam məhkəmədə barəsidəki ittihamın saxta və siyasi hakimiyyətin sifarişi olduğunu bildirdi. O, iqtidarın ünvanına tənqidi fikirlər söylədi, həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirdi”, Yaqublu qeyd edib.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Mayın 16-da Yaqublu barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Azərbaycanda son aylarda iyrimidən çox fəal və jurnalist həbs edilib. Bu həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG