Accessibility links

Pərvanə Məmmədli: Bu yazarlar İran Azərbaycanında ədəbiyyat prosesinin önündə gediblər


Pərvanə Məmmədli
Pərvanə Məmmədli

Ədəbiyyatçı alim Pərvanə Məmmədli Amerikanın Səsi ilə söhbətində Türkiyədə nəşr etdiyi “XX. Yüzil Güney Azərbaycan Ədəbiyyatının Öncüləri” adlı kitabı haqqında danışıb. Ötüken nəşriyyatı tərəfindən yayımlanan kitabın təqdimat mərasimi bu yaxınlarda İstanbulda keçirilib.

please wait

No media source currently available

0:00 0:12:52 0:00
Direct link

Pərvanə Məmmədlinin sözlərinə görə, kitabda yer alan təqribən 20 yazar “Güney Azərbaycanda öndə gedən və ədəbi proseslərdə böyük təsir göstərən yazarlar olublar.”

“Bu kitab mənim üçün xoş bir hadisə oldu həyatımda. Kitab 8 il öncə Bakıda çap olunmuşdu. Sonra onun haqqında Türkiyədə Türk Yurdu jurnalında bir məqalə yayımlandı. Kitabın yayılmasını Ötüken nəşriyyatı təklif etdi. Mənim üçün gözlənilməz idi elə nüfuzlu bir yayın evinin bunu çap etməsidi,” Məmmədli söyləyib.

Məmmədli kitabında həmin yazarlar və şairlərin həyatları və ədəbi yaradıcılığı haqqında ətraflı məlumat verilib.

“Kitabda olan yazarlar, o cümlədən İranda dramaturgiyanın təməlini qoyan Mirzə Fətəli Axundzadənin davamçısı olan Mirzaağa Təbrizidir. Mirzə Həsən Rüşdiyyə ki, ilk dəfə İranda yeni üsul məktəbləri açmışdı. Mirzə Əli Şəbistəri ki, Güney Azərbaycanın Sabiri sayılırdı və gözəl türkcə şeirlər yazmışdı. Tağıxan Rafət ki, Türkiyədə təhsil almış və Avropadan Türkiyəyə gələn yeni ədəbiyyatı İrana gətirmişdi və İranda yeni şeirin başlanğıcı onunla oldu. Cavad Heyət ki, Varlıq jurnalında İranda türklərin mənəvi varlığını dərgidə göstərirdi. Əli Təbrizli ki, İranda türkçülüyün ideoloqu idi,” deyə Pərvanə Məmmədli kitabda yer alan bəzi yazarlara işarə edib.

Araşdırmaçının sözlərinə görə, “bu yaradıcı insanlar təkcə Güney Azərbaycanda deyil, İranda da öz izlərini buraxıb və böyük xidmətlər göstərmişdilər. Təbii ki, bunların əksəriyyəti türkcə yazırdı.”

“XX. Yüzil Güney Azərbaycan Ədəbiyyatının Öncüləri” kitabında həmçinin tanınmış yazar və şairlər Həbib Sahir, Şəhriyar, Gəncəli Səbahi, Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Məhəmmədtağı Zehtabi, Bulud Qaraçorlu (Səhənd), Rza Bərahəni, Qulamhüseyn Saidi, Əlirza Nabdil və Səməd Behrənginin həyatları və yaradıcılıqları haqqında məlumat verilib.

Pərvanə Məmmədli deyib ki, “bu yazarlar Güney Azərbaycanda ədəbi proseslərin önündə gediblər. Ümumiyyətlə ədəbiyyatın vəzifəsi nədən ibarətdir? Kütlələrə şurla təsir etsin, onlarda bədii zövq yaratsın, milli kimliklərinə, özlərinə qaytarsın... Bunlar xalqın unutdurulmuş dilini və əlindən alınmış kimliyini onlara qaytarmaq istəyirdilər. Hər şeyə rəğmən bütün çətinliklərə rəğmən bunu edirdilər.”

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG