Accessibility links

Həbsdə olan AXCP fəalı aclığı dayandırıb


Elnur Həsənov (Hasan) (Mənb: Sosial şəbəkə)
Elnur Həsənov (Hasan) (Mənb: Sosial şəbəkə)

Mayın 25-dən Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov iyunun 1-də aclığı dayandırıb.

Bu barədə AXCP məlumat yayıb

"İyunun 1-də şəhid atası Elçin İslamov təcridxanada Elnur Həsənovla görüşüb. İslamov bildirib ki, həqiqətən onun sağlıq durumu çox ağırdır. Arıqlayıb, əldən düşüb. Şəhid atası öz adından və şəhid valideynləri, dostları, partiyadaşları adından aclığı dayandırmağı, canına qəsd etməməyi məsləhət bilib. Biz şəhid valideynləri olaraq onun günahsız olduğunu bilirik, onun şəxsi zaminliyimizə verilməsi üçün məhkəməyə də müraciət etmişik. Təcridxananın rəisi Elnur İsmayılovla da görüşdüm. Sağ olsun səmimi qarşıladı. Şəhid ailələri adından olan müraciətimizi aidiyyatı qurumlara çatdırmağı xahiş etdim. Məsələnin müsbət həll olunacağına söz verdi. Bundan sonra Elnur Həsənov aclığı dayandırmağa razılıq verdi", AXCP Elçin İslamova istinadən bildirib.

Elnur Həsənov bundan öncə aprelin 18-də həbsinə etiraz olaraq aclıq aksiyası elan edib. Aprelin 25-də onunla danışıq aparıldığı və tələblərinin qəbul edildiyi bildirildikdən sonra aclıq aksiyasını dayandırıb.

Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı ilə 154 nəfər məhbus əfv olunub. Əfv olunanlar arasında bir nəfər belə siyasi məhbus kimi tanınan şəxs, o cümlədən Elnur Həsənov olmayıb.

Bundan sonra fəal mayın 25-də yenidən aclıq aksiyası elan edərək prezidentin sərəncamı ilə əfv olunmamasına etiraz edib və azad olunmasını tələb edib.

Fəal 2023-cü il noyabrın 28-də Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs edilib. O, hesab edir ki, həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bir qayda olaraq bildirir ki, saxlanılan insanlar özünü müdafiə xatirinə günahsız olduqlarını, əqidələrinə görə həbs edildiklərini deyirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu məhkəmədə etiraz edib: "Diktator Əliyevi dəstəkləməyin"
please wait

No media source currently available

0:00 0:11:47 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG