Accessibility links

Zelenski təhlükəsizlik iclasında iştirak edir, Ukrayna sülh sammitinə dəstək toplayır


Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü Sinqapurda Şanqri-La Dialoq konfransında iştirak edir. Orada o, Asiya-sakit okean regionundan bu ay İsveçrədə planlaşdırılan sülh sammitinə dəstək toplamağa çalışacaq.

Sammitdə diqqət Rusiya qoşunlarının geri çəkilməsinə və Ukraynanın 1991-ci il sərhədlərinin bərpasına yönələcək.

“Dünyanın ən böyük ölkəsi tanınan sərhədlərə, beynəlxalq qanuna və BMT xartiyasına məhəl qoymadığında qlobal təhlükəsizlik qeyri-mümkündür,” Zelenski X sosial media platformasında yaydığı açıqlamada 2022-ci ildə Ukraynaya hərbi müdaxilə edən Rusiyaya istinadən bildirib.

ABŞ rəsmisi deyib ki, Zelenski və Ukrayna müdafiə naziri Rüstəm Umerov Austinlə “Ukraynaya hazrkı döyüş meydanı vəziyyətini müzakirə etmək və ABŞ-ın Ukrayanın özünü Rusiyanın aqressiyasına qarşı müdafiə etmək üçün ehtiyacı olanlara sahib olmasını təmin etmək öhdəliyini vurğulamaq üçün” görüşəcək.

Konfransı təşkil edən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu bildirib ki, Zelenski həmçinin bazar günü “Qlobal Sülh və Regional Sabitliyi Yenidən Nəzərdən Keçirmək” adlı müzakirə sessisiyasında iştirak edəcək.

Bu, Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxilə edəndən bəri Zelenskinin Asiyaya ikinci səfəridir. Rusiya hərbi müdaxilədən bəri Şanqri-La Dialoqunda iştirak etməyib.

Qərb silahlarından istifadə

Zelenskinin səfəri ABŞ-ın Ukraynaya ABŞ-ın təchiz etdiyi silahlardan Rusiya daxilinə zərbə endirmək üçün istifadə etməsinə tətbiq etdiyi məhdudiyyətləri qismən qaldırmaq qərarından qısa müddət sonra elan edilib. Zelenski bu qərarı “irəliyə addım” kimi alqışlayıb.

Almaniya da cümə günü Ukraynaya Almaniyanın göndərdiyi silahlardan Rusiya daxilindəki hədəfləri vurmaq üçün istifadə etməyə icazə verməyə razılaşıb.

NATO müttəfiqləri arasında Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək məqsədilə Qərbin ianə etdiyi silahlardan istifadə etməyə icazə verməyə dəstək artır - ancaq İtaliya buna qarşı çıxır.

İtaliya xarici işlər naziri Antonio Tacani “tələsik” addımlar əleyhinə xəbərdarlıq edib.

AGI və ANSA xəbər agentliklərinin məlumatına görə, o, İtaliyanın Rapallo şəhərində keçirilən iclasda “Bu, çox həssas məqamdır, biz yanlış addımlar atmamalıyıq” və “tələsik addımlar və bəyanatlardan” çəkinməliyik deyib.

AGI-nin məlumatına əsasən, Tacani əlavə edib ki, İtaliya Ukraynaya “həftələr” içində əlavə yardım paketi göndərəcək, ancaq o, bir daha vurğulayıb ki, “biz Ukraynaya döyüşmək üçün bir dənə belə əsgər göndərməyəcəyik, çünki biz Rusiya ilə müharibədə deyilik.”

Tajani added that Italy would send another package of aid to Ukraine within "weeks," Rusiya Prezidenti Vladiir Putin Qərb ölkələri Ukraynaya bu cür icazə verdikləri halda “ciddi fəsadlar” barədə xəbərdarlıq edib.

Rusiyanın hücumları

Bu arada isə yerli rəsmilərin məlumatına görə, Rusiya gecə boyu 100 raket və dronla Ukraynanın elektrik şəbəkəsini hədəf alaraq, ölkə boyu ən azı 10 nəfərin yaralanmasına səbəb olub.

Ukrayna ordusu iyunun 1-ə keçən gecə ölkə boyu hədəflərə qarşı atılan 53 raketdən 35-ni, habelə 47 hücum dronundan 46-nı vurduğunu bildirib.

Xarkiv bölgəsinin qubernatoru Olen Sınehubov bildirib ki, on iki nəfər, o cümlədən səkkiz uşaq sığındıqları evlərin yaxınlığına endirilən zərbə nəticəsində aldıqları xəsarət səbəbilə xəstəxanaya yerləşdirilib.

Bu, son 2 ayda Ukraynanın ən böyük özəl enerji şirkəti DTEK-ə altıncı hücumdur. DTEK bildirib ki, elektrik stansiyalarından ikisinə ciddi ziyan dəyib.

Ukrayna energetika naziri Herman Haluşçenko sosial mediada yaydığı bəyanatında bildirib ki, Zaporijye, Dnipropetrovsk, Donetsk, Kirovohrad və İvano-Frankivsk bölgələrindəki enerji infrastrukturları da hədəf alınıb.

Hücumlar Kyivi ölkə boyu elektrik kəsintiləri tətbiq etməyə vadar edib və nəticədə Zelenski müttəfiqlərini Ukraynanı Rusiyanın hücumlarından qorumaq üçün əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb.

Ukraynanın hücumu

Rusiyanın nəzarət etdiyi Donetskin Moskva tərəfindən təyin olunan lideri Denis Puşilinin dediyinə görə, Ukrayanın açdığı atəş nəticəsində beş mülki vətəndaş ölüb, üç nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi şənbə günü Rusiyanın Belqorod bölgəsi üzərində Ukraynanın iki dronunu vurduğunu bildirib. Ölənlər barədə məlumat verilməyib.

Forum

XS
SM
MD
LG