Accessibility links

Təbrizdə Taktor komandasının tərəfdarı həbs edilib


Taib Lütfi (Şəkil Abbas Lisani Telegram kanalından götürülüb.)
Taib Lütfi (Şəkil Abbas Lisani Telegram kanalından götürülüb.)

Hüquq müdafiəçiləri Traktor Azərbaycan futbol klubunun azarkeşlərindən olan Taib Lütfinin İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığını bildiriblər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani Telegram kanalı kimi mənbələrin xəbərinə görə, Taib Lütfi şənbə günü səhər saatlarında Təbrizdəki iş yerində saxlanılıb.

“Traktor komandasının azarkeş qruplarının liderlərindən olan Taib Lütfi Təbrizdə işlətdiyi mağazasında nəzarət altına alınıb,” Abbas Lisani Telegram kanalı bildirib.

Lütfinin hansı ittihamlara görə tutulduğu və hazırda harada saxlanıldığı bilinmir.

İranın təhlükəsizlik və polis qüvvələri bundan əvvəl də Taktor Azərbaycan komandasının azarkeşlərini Təbriz, Urmiyə, Ərdəbil, Tehran, Zəncan və Kərəc kimi şəhərlərdə həbs ediblər.

İranda ‘türk kimliyinin simvolu’ kimi tanınan Traktor Azərbaycan futbol komandasının azarkeşləri keçən illərdən bəri stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib, habelə “Urmiyə gölünün qurudulması” və İranda qadınların stadiona giriş yasağına etiraz ediblər.

Forum

XS
SM
MD
LG