Accessibility links

ABŞ, Cənubi Koreya və Yaponiya birgə hərbi təlimlər keçirmək barədə razılığa gəlib


Yaponiyanın müdafiə naziri Minoru Kihara, ABŞ müdafiə naziri Lloyd Austin və Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik Sinqapurda “Şanqri-La Dialoqu” çərçivəsində üçtərəfli görüşdə iştirak edirlər, 2 iyun 2024.
Yaponiyanın müdafiə naziri Minoru Kihara, ABŞ müdafiə naziri Lloyd Austin və Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik Sinqapurda “Şanqri-La Dialoqu” çərçivəsində üçtərəfli görüşdə iştirak edirlər, 2 iyun 2024.

Pentaqonun bazar günü üç ölkənin müdafiə nazirlərinin görüşündən sonra birgə bəyanatına əsasən, ABŞ, Cənubi Koreya və Yaponiya bu yay yeni üçtərəfli birgə təlimlər keçirmək barədə razılığa gəliblər.

ABŞ Müdafiə naziri Lloyd Austin, Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik və Yaponiyanın müdafiə naziri Minoru Kihara bazar günü Sinqapurda illik “Şanqri-La Dialoqu” təhlükəsizlik sammiti çərçivəsində görüşüblər.

“Tərəflər Koreya yarımadasında, Hind-Sakit okeanı regionunda və onun hüdudlarından kənarda sülhü və sabitliyi təmin etmək məqsədilə üçtərəfli əməkdaşlığı gücləndirməyə davam etmək öhdəliyini götürüblər” - deyə, məlumatda bildirilir.

ABŞ, Cənubi Koreya və Yaponiya həmçinin bu il Üçtərəfli Təhlükəsizlik Əməkdaşlıq Çərçivəsini hazırlamaq barədə razılığa gəliblər.

Üç ölkənin yüksək səviyyəli müdafiə rəsmiləri Şimali Koreyanın bu yaxınlarda ballistik raketlər və ballistik raket texnologiyasından istifadə edən kəşfiyyat peyki buraxmasını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi qiymətləndirib.

Cənubi Koreya bazar günü sərhəddən zibillə dolu balonlar göndərdiyinə görə Şimali Koreyaya qarşı tədbir görüləcəyini bildirib.

Cənubi Koreya Pxenyanın transsərhəd hava şarının buraxılmasını və GPS siqnallarının ələ keçirilməsini “məntiqsiz təxribat aktları” kimi pisləyib.

Sənəddə vurğulanır ki, ABŞ və Cənubi Koreya Şimali Koreyadan gələn istənilən təhdid və təxribata koordinasiyalı cavab verəcəklərini təsdiqləyiblər.

Forum

XS
SM
MD
LG