Accessibility links

ABŞ HƏMAS qəbul edəcəyi təqdirdə İsrailin atəşkəs planına razılıq verəcəyini gözləyir


Jurnalistlər və fələstinli səhiyyə rəsmiləri bazar ertəsi bildiriblər ki, İsrailin hücumları Qəzzada ən azı 11 nəfərin ölümünə səbəb olub. Digər tərfədən isə ABŞ döyüşlərin dayandırılmasını və HƏMAS tərəfindən saxlanılan bəzi girovların azad edilməsini nəzərdə tutan atəşkəs razılaşmasına təkan verib.

İsrail ordusu bazar ertəsi bildirib ki, qüvvələri Qəzza zolağında 50-dən çox hədəfə hava zərbələri endirib. Quru qoşunları isə Qəzzanın mərkəzində eləcə də cənubdakı Rəfah şəhərində əməliyyat keçirib.

İsrail Müdafiə Qüvvələri həmçinin, əvvəllər əsir götürüldüyü ehtimal edilən bir şəxsin bu yaxınlarda aparılan eksperiza nəticəsində HƏMAS-ın İsrailə oktyabrın 7-də hücumu zamanı öldürüldüyünü müəyyən edildiyini açıqlayıb.

Dolev Yehoudun qalıqları Kibbutz Nir Ozda tapılıb və məhkəmə-tibbi araşdırmadan sonra kimliyi müəyyən edilib.

ABŞ dövlət katibi Antoni Blinken İsrail rəsmiləri ilə sülh təklifini müzakirə edib. Dövlət Departamenti bazar günü axşam bildirib ki, plan "İsrailin uzunmüddətli təhlükəsizlik maraqlarını təkmilləşdirəcək".

Dövlət Departamentinin sözçüsü Metyu Miller, Blinkenin İsrailin müdafiə naziri Yoav Qallant və Nazirlər Kabinetinin naziri Benni Qantz ilə ayrı-ayrılıqda danışıqlar apardığını və atəşkəs təklifinin “bütün girovların azad edilməsini və Qəzzada humanitar yardımın artırılmasını təmin edəcəyini” bildirib.

"Dövlət katibi İsraili təklifə görə təqdir etdi və HƏMAS-ın gecikmədən razılaşmanı qəbul etməli olduğunu vurğulayıb. O, təkrar edib ki, girovları yaxınlarına qovuşdurmaqla yanaşı, bu təklif İsrailin uzunmüddətli təhlükəsizlik maraqlarını, o cümlədən İsrailin Livanla sərhədindəki israillilərin öz evlərinə qayıtmasına imkan yaradan sakitlik imkanlarının açılmasını təmin edəcək" deyə Miller bildirib.

Zənglə əlaqdar Qalantın ofisinin yaydığı bəyənatda oxşar fikirlər səsləndirilib.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi bazar günü bildirib ki, Həmas Qəzza zolağında İsrailin təklif etdiyi atəşkəslə razılaşarsa, Birləşmiş Ştatlar İsrailin planı qəbul edəcəyini gözləyir.

“Bu, İsrailin təklifi idi. Biz gözləyirik ki, HƏMAS onlara İsrailin təklifi kimi çatdırılan təkliflə razılaşarsa, İsrail “hə” deyəcək”, Ağ Evin milli təhlükəsizlik koordinatoru Con Kirbi ABC News tele kanalına bildirib.

Misir, Qətər və ABŞ-dan olan vasitəçilər hər iki tərəfi cümə günü ABŞ prezidenti Co Baydenin açıqladığı atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanı qəbul etməyə çağırıb.

İsrailin müdafiə naziri Yoav Qallant bazar günü bildirib ki, İsrail sülh prosesinin heç bir mərhələsində HƏMAS-ın Qəzzanı idarə etməyə davam etməsini qəbul etməyəcək və islamçı qrupa alternativ axtarır.

“Biz mühüm hərbi əməliyyatlarımızı həyata keçirdiyimiz zaman müdafiə qurumu eyni zamanda HƏMAS-ın idarəetməsinə alternativi qiymətləndirir”, Qallant verdiyi açıqlamada bildirib.

“Biz Qəzzanın müəyyən ərazilərini təcrid edəcəyik, HƏMAS rəsmilərini həmin ərazilərdən uzaqlaşdıracağıq və HƏMAS-ı təhdid edən alternativ hökumətin qurulmasına imkan verəcək qüvvələri yerləşdirəcəyik”, Qalant bildirib.

Qallant mümkün alternativlər haqqında ətraflı məlumat verməyib.

İsrail mediası Qallantın da üzvü olduğu İsrailin hərbi kabinetinin prezident Baydenin Qəzza zolağında müharibəyə son qoymaq üçün çərçivə razılaşmasını təqdim etməsindən bir gün sonra görüşünün gözlənildiyi haqda məlumat verib.

İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü deyib ki, “İsrailin müharibəni dayandırmaq üçün şərtləri dəyişməyib. Bunlar HƏMAS-ın hərbi və idarəetmə imkanlarının məhv edilməsi, bütün girovların azad edilməsi və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin edilməsidir”.

Netanyahu bölünmüş sağçı koalisiya hökuməti və İsrailin Qəzza və HƏMAS ilə bağlı planına görə ölkədə müxalif tərəflərin güclü daxili təzyiqi ilə üzləşir.

Netanyahunun kabinetinin iki sağçı üzvü, milli təhlükəsizlik naziri İtamar Ben Gvir və maliyyə naziri Betsalel Smotriç şənbə günü Netanyahu hökumətini Baydenin təklifinə razılıq verərsə devirməklə hədələyiblər.

Müxalifət lideri Yair Lapid Netanyahunu razılaşmanı qəbul etməyə çağırıb və Ben Qvir və Smotriçin çıxdığı təqdirdə baş nazirə dəstək verməyi təklif edib.

Girovların ailələri İsrail və HƏMAS-a razılaşmaya razılıq vermələri üçün təzyiq göstərirlər. On minlərlə etirazçı şənbə günü Təl-Əvivdə girovların qaytarılması üçün yenidən toplaşıb.

HƏMAS Baydenin təşəbbüsünü ilkin olaraq alqışlayıb.

“Baydenin çıxışında müsbət fikirlər var idi, lakin biz bunun tələblərimizə cavab verən hərtərəfli razılaşma çərçivəsində reallaşmasını istəyirik”, HƏMAS-ın yüksək səviyyəli rəsmisi Osama Hamdan şənbə günü Əl-Cəzirə telekanalına bildirib.

Prezident Bayden cümə günü deyib ki, sülh razılaşması ilkin olaraq altı həftəlik atəşkəslə İsrail ordusunun qismən çıxarılmasını və bəzi girovların azad edilməsini, eyni zamanda “döyüşlərə daimi olaraq son qoyulması”nın vasitəçilər tərəfindən müzakirə edilməsini nəzərdə tutur.

Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı İsrail rəsmilərinin bildirdiyinə görə, 1200-ə yaxın adamın ölümü və təxminən 250 nəfərin girov götürməsi ilə nəticələnən terror hücumu həyata keçirməsindən sonra başlayıb. Girovlardan ordunun verdiyi məlumata görə, ölən 37 nəfərin nəşi də daxil olmaqla, 121-nin Qəzzada olduğu bildirilir.

HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliyinin məlumatına görə, İsrailin hücuma cavab olaraq keçirdiyi bombardmanlar və qurudan hücumları Qəzzada əksəriyyəti mülki şəxslər olmaqla azı 36 379 nəfərin ölümünə səbəb olub. Səhiyyə Nazirliyi ölənlər arasında neçə nəfərin militantlardan ibarət olduğunu qeyd etmir.

Forum

XS
SM
MD
LG