Accessibility links

ABŞ səfirliyi Azərbaycanlı Oğlanların İnnovasiya Düşərgəsini təşkil edir


ABŞ səfirliyi Azərbaycanlı Oğlanların İnnovasiya Düşərgəsini təşkil edir (Mənbə: ABŞ səfirliyi)
ABŞ səfirliyi Azərbaycanlı Oğlanların İnnovasiya Düşərgəsini təşkil edir (Mənbə: ABŞ səfirliyi)

Amerika Səfirliyinin maliyyə dəstəyi, Amerikada təhsil almış məzunların təşəbbüsü ilə Bakı şəhərində təşkil olunacaq Azərbaycanlı Oğlanların İnnovasiya Düşərgəsinin (Azerbaijani Boys Innovation Camp - ABIC) seçim mərhələsinə start verilib.

ABŞ səfirliyi Azərbaycanın 6 bölgəsindən (Gəncə, Mingəçevir, Tərtər, Füzuli, Zəngila, Qubadlı) ümumilikdə 30 iştirakçı olmaqla 13-15 yaş arası yeniyetmə oğlanları düşərgədə iştiraka dəvət edir.

Səfirliyin məlumatına görə, yay düşərgə 19-23 iyunda Wyndham Baku Hotelində təşkil olunacaq.

“Layihənin məqsədi yeniyetmə oğlanların İnformasiya Texnologiyaları (Robotika və Proqramlaşdırma dərsləri) haqqında məlumatlılığını artırmaq, onlarda sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və regionların iqtisadi inkişafına dair dövlət təşəbbüslərinə dəstək olmaqdır. Layihənin tərkib hissəsi kimi Robotika və Proqramlaşdırma, bizneslərin başlanılması, biznesin maliyyələşdirilməsi haqqında təlimlər və eyni zamanda innovasiya ekosistemində olan təşkilatlara ekskursiyalar təşkil ediləcəkdir”, ABŞ səfirliyi bildirir.

Düşərgədə iştirak etmək üçün iyunun 5-dək ərizə forması doldurulub göndərilməlidir.

Forum

XS
SM
MD
LG