Accessibility links

Müdafiə Nazirliyində 143 milyon manat mənimsəmə üzrə məhkəmə davam edir


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı daha iki maliyyə xidmət rəisi həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi çərçivəsində müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi vəzifəsində çalışmış Cəbrayıl Orucov və Vahid Novruzlu təqsirləndirilən şəxs qismində cəlb edilib.

Onlar barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəsmə - xüsusi ilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. Hər iki şəxs vurduqları ziyanı ödəmədiyinə görə Bakı Hərbi Məhkəməsi barələrində 4 aylqı həbs qətimkan tədbiri seçib.

Belə ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulanların cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Cinayət işi üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətininin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəsmə -xüsusi ilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Forum

XS
SM
MD
LG