Accessibility links

Donald Tramp TikTok-a qoşulub, sürətlə bir neçə milyon izləyici qazanıb


Bazar günü TikTok-a qoşulduqdan bir neçə saat sonra Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp, milli təhlükəsizlik səbəbiylə prezident kimi qadağan etməyə çalışdığı sosial media platformasında üç milyondan çox izləyici toplayıb.

Platformaya qoşulmaqda məqsəd keçmiş prezidentə Ağ Evə üçüncü dəfə namizədliyində daha gənc seçicilərə çatmaqdır. O, noyabrın 5-də keçiriləcək prezident seçkiləri ərəfəsində demokratların hazırkı prezidenti Co Baydenlə yarışdadır.

Baydenin seçki kampaniyası artıq TikTok-dadır, baxmayaraq ki, Bayden 170 milyon amerikalının istifadə etdiyi proqramın Çinli sahibi ByteDance ondan imtina etmədiyi təqdirdə onu qadağan edən qanun layihəsini imzalayıb.

Tramp şənbə gecəsi @realdonaldtrump ünvanı olan hesabında təqdimat videosunu yerləşdirib. Videoda Trampın Nyu-Cersi ştatının Nyuark şəhərində keçirilən Ultimate Fighting Championship döyüşündə pərəstişkarlarını salamlaması videosu paylaşılıb.

Tramp-ın seçki kampaniyası şərh tələbinə cavab verməyib.

ByteDance məhkəmələrdə TikTok-u gələn yanvara qədər satmağı tələb edən qanunla mübarizə aparır. Ağ Ev deyir ki, milli təhlükəsizlik zəminində Çin əsaslı mülkiyyətə son qoyulmasını görmək istəyir.

TikTok ABŞ istifadəçinin məlumatlarını Çin hökuməti ilə paylaşmayacağını və istifadəçilərinin məxfiliyini qorumaq üçün əhəmiyyətli tədbirlər gördüyünü iddia edir.

Trampın 2020-ci ildə prezident olduğu zaman TikTok-u qadağan etmək cəhdi məhkəmələr tərəfindən əngəllənib. O, mart ayında platformanın milli təhlükəsizliyə təhdid olduğunu, lakin eyni zamanda onun qadağan olunması bəzi gənclərə zərər verəcəyini və yalnız META Platformasını gücləndirəcəyini iddia edib.

Trampın X-də 87 milyondan çox izləyicisi var. Demək olar ki, hər gün paylaşımlar etdiyi özünün Truth Social platformasında isə 7 milyondan çox izləyicisi ilə aktiv sosial istifadəçisidir.

Forum

XS
SM
MD
LG