Accessibility links

İran parlamentinin sədri prezidentliyə namizədliyini irəli sürüb


Məhəmməd Qalibaf, İran parlamentinin spikeri
Məhəmməd Qalibaf, İran parlamentinin spikeri

Bazar ertəsi İran parlamentinin spikeri Məhəmməd Qalibaf iyunun 28-də keçiriləcək seçkilərdə namizədliyini irəli sürüb. Ötən ay helikopter qəzası zamanı keçmiş prezident İbrahim Rəisinin həlak olmasından sonra yeni seçkilərə hazırlıq gedir.

Mühafizəkar, sərt xətt tərəfdarı siyasətçi, 62 yaşlı Qalibaf qeydiyyatdan keçdikdən sonra jurnalistlərə bildirib ki, Rəisinin yolunu davam etdirəcək. Onun sözlərinə görə, ölkə beynəlxalq sanksiyalarla mübarizə apardığı üçün yoxsulluq və qiymət artımı iranlılarn kəskin problemlərdir.

“Qeydiyyatdan keçməsəydim, xalq hökumətində [Rəisi] və inqilabi parlamentdə insanların iqtisadi problemlərinin həlli üçün başladığımız və hazırda nəticə vermə mərhələsində olan iş yarımçıq qalacaqdı”, deyə Qalibaf bildirib.

İranın valyutası rial dollar qarşısında dəyər itirməyə davam etdiyi üçün bu planların mahiyyəti ilə bağlı təfərrüatlar qeyri-müəyyən olaraq qalır. 2015-ci ildə bir dollar 32 rial idisə, indi bir dollar 600 min rialdir.

Qalibaf deyib ki, əgər İranın iqtisadi və sosial problemlərinin həll oluna biləcəyinə inanmasaydı, o, “heç vaxt rəqabət meydanına girməzdi”.

O, keçən həftə İranın yeni parlamentinin spikeri seçilib. Qalibaf əvvəlki qanunverici orqanda da bu vəzifədə idi.

Qalibaf 2005-2017-ci illərdə Tehranın meri olub. O, 2005 və 2013-cü illərdə prezidentliyə namizədiyini irəli sürsə də uğursuz olub. 2017-ci il prezidentlik kampaniyası zamanı isə Rəisinin xeyrinə geri çəkilib.

Keçmiş prezident Mahmud Əhmədinejad, parlamentin keçmiş spikeri Əli Laricani, İran Mərkəzi Bankının keçmiş rəhbəri Abdolnasser Hemmati və keçmiş nüvə müzakirəçisi Səid Cəlili də iyunda keçiriləcək seçkilərdə namizədliyini verib.

Seçki ilkin olaraq 2025-ci ildə keçirilməli idi, lakin keçən ay Rəisinin ölümü prossesi sürətləndirib.

Qalibaf və bütün digər namizədlər, seçki namizədlərini yoxlayan mühafizəkarların üstünlük təşkil etdiyi Keşikçilər Şurası tərəfindən təsdiq edilib-edilmədiyini görmək üçün iyunun 11-ə qədər gözləməlidirlər.

Namizədlərin qeydiyyatı bazar ertəsi başa çatır.

Forum

XS
SM
MD
LG