Accessibility links

Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya yaşıl enerjinin ixracı üzrə birgə müəssisə yaradır


Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya Avropa bazarına yaşıl enerji ixrac etmək üçün birgə müəssisə yaradır.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda deyib.

“Biz Xəzər-Qara dəniz-Avropa dəhlizi üzrə layihə hazırlayırıq ki, bu dəhliz vasitəsilə bu layihə çərçivəsində biz tərəfdaş ölkələrlə: birgə müəssisənin Buxarestdə olan Baş ofisində Gürcüstanın, Rumıniyanın və Macarıstanın 7 nazirliyi görüş keçirdik”, Şahbazov vurğulayıb.

O əlavə edib ki, layihənin ilk texniki-iqtisadi əsaslandırması 2024-cü ilin sonuna qədər hazır olacaq.

“Layihə çərçivəsində külək enerjisindən söhbət gedirsə, biz Xəzər dənizinin sahilboyu zonasının potensialından istifadə etmək niyyətindəyik ki, bu da 157 GVt-dır”, - nazir qeyd edib.

Onun sözlərinə görə, bu, 4 QVt yaşıl elektrik enerjisinin, həmçinin hidrogen və ammonyakın Avropa bazarına ixracına imkan verəcək.

Nazir “yaşıl enerjiyə keçid”də ölkəsinin regional liderliyi ilə əlamətdar olacağını diqqətə çatdırıb.

“1 milyard dollara yaxın investisiya dəyərinə malik 1000 MVt gücündə günəş-külək elektrik stansiyalarından əlavə yaxın vaxtlarda Şərqi Zəngəzurda bp və “Nobel Energy” şirkətləri ilə daha iki günəş stansiyasının təməlini qoyacaq, 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə ilk hərracın nəticəsi isə COP zamanı elan ediləcək. 2027-ci ilin sonunadək reallaşacaq 2 QVt-dək “yaşıl güc”lər hesabına elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payı 33 faizə yüksələcək. 2 milyard dollardan artıq investisiya, 5.3 milyard kilovatsaat elektrik enerjisinin istehsalı, 1.2 milyard kubmetr qazın sərbəstləşməsi, 2.5 milyon tona qədər emissiyaların azalması bu layihələrin gözlənilən faydalarıdır”, nazir əlavə edib.

2022-ci il dekabrın 17-də Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıb. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Black Sea Energy dənizaltı elektrik kabelinin çəkilməsi gözlənilir. Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya nəql etmək üçün Macarıstana və Avropanın qalan hissəsinə çatdıracaq.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG