Accessibility links

Hindistan seçkilərində Modi kiçik səs çoxluğu ilə qələbə qazanıb


Hindistanın baş naziri Narendra Modinin başçılıq etdiyi alyans parlamentdə kiçik səs çoxluğu qazanıb. Müxalifətin əldə etdiyi yaxşı nəticələr onun partiyasından olan parlament üzvlərinin sayını əhəmiyyətli dərəcədə azaldıb. Bu da onun on illik hakimiyyətində populyarlığının azaldığı əks etdirir.

Modinin Hindu millətçi Bharatiya Janata Partiyası (BJP) müttəfiqləri ilə birlikdə parlamentin aşağı palatasındakı 543 yerdən 294-nü əldə edib.

X-də yazdığı postda Modi deyib ki, “insanlar ardıcıl üçüncü dəfə NDA-ya inanırlar! Bu, Hindistan üçün tarixi bir uğurdur”. NDA BJP-nin rəhbərlik etdiyi Milli Demokratik Alyansdır.

"İnsanların istəklərini yerinə yetirmək üçün son on ildə görülən yaxşı işləri davam etdirəcəyik", deyən Modi çərşənbə axşamı BJP-nin qərargahında qələbə işarəsi nümayiş etdirib.

Bununla belə son on ildə ölkəni həlledici mandatla idarə edən BJP partiyasının tək başına aydın çoxluğu təmin edə bilməsi ehtimalı çox azdır. Çərşənbə axşamı, axşam saatlarına qədər hesablanan səslərdə partiya ilkin nəticələrə əsasən əksəriyyətə sahib olmaq üçün lazızm olan 272 yerdən yalnız 240-nı qazanmışdı. Bu göstərici 2019-cu ildə 303 idi.

Analitiklər deyirlər ki, BJP-nin gözləniləndən daha zəif nəticələri Modinin populyarlığının zəiflədiyini göstərir.

Tənqidçilərin qütbləşdirici və bölücü adlandırdığı Hindistan liderinin səs toplamaq üçün ondan çox asılı olan partiya ilə prezidentlik üslubunda kampaniya apardığını bildirir. Lakin o, indi növbəti hökuməti formalaşdırmaq üçün müttəfiqlərindən asılı olacaq.

Modi seçkilərdə gözləndiyindən daha zəif nəticə göstərməsinə baxmayaraq ölkə tarixində Cəvahirləl Nehrudan sonra üçüncü müddət seçkiləri qazanan baş nazir kimi tarixə düşüb.

Analitiklər deyirlər ki, xüsusilə gənclər arasında işsizliyin artması və milyonların hələ də yoxsul olduğu ölkədə yüksək inflyasiya ona dəstəyin azalamsna səbəb olub.

Forum

XS
SM
MD
LG