Accessibility links

Kral III Çarlz Böyük Britaniyanın Normandiya əməliyyatının anım mərasimlərinə rəhbərlik edir


Çərşənbə günü Kralı III Çarlz Böyük Britaniya veteranlarına, kral ailəsinin digər üzvlərinə və siyasi liderlərə qoşularaq İkinci Dünya Müharibəsində 80 il əvvəl Normandiyada, müttəfiqlərin desant çıxarma əməliyyatınının (D-Day) anım mərasimlərinə rəhbərlik edib.

Xərçənglə mübarizə apardığı üçün bu yaxınlarda yenidən ictimai işlərə davam edən 75 yaşlı monarx, Müdafiə Nazirliyi tərəfindən İngiltərənin cənub sahilində, Portsmutda təşkil edilən anım tədbirində çıxış edib.

Müttəfiq qoşunlar 5 iyun 1944-cü ildə liman şəhərindən və İngiltərənin cənub sahilindəki digər ərazilərdən yola düşərək Kanalı keçərək ertəsi gün səhər Fransanın şimalındakı çimərliklərə enərək döyüşməyə başlamışdılar.

Çarlz bayraqlar yelləyən auditoriya qarşısındakı çıxışda deyib ki, "Qələbəni qazanmaq üçün çox şey verən hər kəsə təşəkkür edərkən, gəlin bir daha özümüzə o günü xidmət edənləri həmişə xatırlamaq və hörmət etmək öhdəliyi götürək".

Dövlət başçısı kimi Çarlz Britaniya silahlı qüvvələrinin baş komandanıdır və Kral Hərbi Dəniz Qüvvələrində, eləcə də Kral Hərbi Hava Qüvvələrində xidmət edib.

O və həyat yoldaşı Kraliça Kamilla növbəti anım mərasimləri üçün cümə axşamı Fransaya yola düşəcəklər.

Kral ailəsinin yüksək üzvləri, Baş nazir Rişi Sunak və İkinci Dünya Müharibəsi veteranları, ABŞ prezidenti Co Bayden, Fransa lideri Emmanuel Makron və digər nüfuzlu şəxslər də daxil olmaqla onlarla dövlət başçıları ilə birlikdə Normandiyada mərasimə qatılacaqlar.

Bu, Çarlzın fevralda xərçəng diaqnozu qoyulduqdan sonra ilk xarici səfəri olacaq.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG