Accessibility links

İsrail “hədəfli” əməliyyatında Qəzzanın mərkəzinə hava zərbələri endirib


İsrail ordusu çərşənbə günü iki bölgədə "hədəfli əməliyyat fəaliyyətinə" başladığını elan edərkən, Qəzzanın mərkəzinə hava zərbələri endirib.

Hərbçilər Deyr əl-Bəlah və Bureycdə “terror hədəflərinə, o cümlədən hərbi birləşmələrə, silah anbarlarına və yeraltı infrastruktura” hücum etdiyini bildirib.

Ərazidə yaşayan sakinlər gecə boyu güclü bombardmanların olduğunu bildiriblər. İsrail ordusu həmçinin ölkənin cənubundakı Rəfah şəhərində döyüşlərin davam etdiyini bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada müharibə dövründə İsrail qüvvələrinin və Hizbullah döyüşçülərinin atəş açdığı və genişlənmiş regional münaqişə ilə bağlı narahatlıqların ifadə edildiyi Livanla sərhədə yaxın, İsrailin şimalının bir hissəsinə səfər edib.

Netanyahu deyib ki, "Kim bizə zərər verə biləcəyini və bizim əlimiz bağlı oturacağımızı düşünürsə, böyük səhv edir. Biz şimalda çox güclü hərəkətə hazırıq. Bu və ya digər şəkildə şimalda təhlükəsizliyi bərpa edəcəyik".

Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı İsrail rəsmilərinin bildirdiyinə görə, 1200-ə yaxın insanın ölümü və təxminən 250 nəfərin girov götürülməsi ilə nəticələnən terror hücumu həyata keçirməsindən sonra başlayıb. Girovlardan ordunun verdiyi məlumata görə, ölən 37 nəfərin nəşi də daxil olmaqla, 121-nin Qəzzada olduğu bildirilir.

HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliyinin məlumatına görə, İsrailin hücuma cavab olaraq keçirdiyi bombardmanlar və qurudan hücumları Qəzzada əksəriyyəti mülki şəxslər olmaqla azı 36 379 nəfərin ölümünə səbəb olub. Ölənlərin sayına həm mülki şəxslər, həm də militantlar daxildir.

Forum

XS
SM
MD
LG