Accessibility links

Metyu Miller: Azərbaycanda vətəndaş cəmiyyəti üzvlərinin həbsinin davam etməsi bizi çox narahat edir


Metyu Miller (Matthew Miller)
Metyu Miller (Matthew Miller)

Azərbaycanda vətəndaş cəmiyyəti üzvlərinin həbsinin davam etməsi bizi çox narahat edir.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iyunun 5-də keçirdiyi brifinqdə Turan Agentliyinin sualına cavabında deyib.

Miller xatırladıb ki, öz fundamental azadlıqlarından, o cümlədən ifadə azadlığından istifadə edənlər buna görə həbs olunmamalıdır.

“Biz Azərbaycan hökumətini haqsız yerə həbs edilmiş bütün şəxsləri dərhal azad etməyə və hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırırıq”, o əlavə edib.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi motivli ittihamlarla üç yüzə yaxın insan həbsdədir.

Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Rəsmi Bakı ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır.

Forum

XS
SM
MD
LG