Accessibility links

Çexiyada qatarın qəzaya uğraması nəticəsində ən azı 4 nəfər ölüb


Praqadan təqribən 100 kilometr şərqdə yerləşən Pardubitse şəhərində sərnişin qatarı ilə yük qatarı toqquşub. Nəticədə ikisi Ukrayna vətəndaşı olmaqla azı 4 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

Sərnişin qatarının operatoru RegioJet bildirib ki, iyunun 5-də Slovakiyanın Koşitse şəhərinə gedən qatarda 380 sərnişin olub. Daha sonra qatarın bir hissəsi Ukrayna sərhədində yerləşən Çop şəhərinə doğru getməli idi.

Çexiya rəsmiləri gecə yarısına az qalmış baş verən qəzanın səbəbinin araşdırıldığını bildirir.

"Biz qəzanın səbəbi ilə bağlı spekulyasiya edə bilmərik və etməyəcəyik" deyə nəqliyyat naziri Martin Kupka məlumat verib.

Ukrayna Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, qatarın ortasında olan bir neçə “qoşqu vaqonu”n Çopa getməsi nəzərdə tutulmuşdu.

"İlkin məlumata görə, 4 nəfər ölüb. Onların arasında iki Ukrayna vətəndaşı da var. Digərlərinin isə vətəndaşlığı dəqiqləşdirilir" deyə Nazirliyin bəyanatında bildirilir. Bəyanatda o da vurğulanır ki, Brnoda yerləşən konsulluq idarəsi qəza yerindədir və yerli xilasetmə və hüquq-mühafizə orqanları ilə birlikdə işləyir.

Çexiyanın idnes.cz xəbər saytında paylaşılan qəza görüntüləri göstərir ki, ən azı bir vaqon relsdən çıxıb. Çexiya polisinin X platformasındakı paylaşımında isə hadisə yerində onlarla təcili yardım maşınları və helikopterlər görünür.

Rusiya 2022-ci ilin fevralında genişmiqyaslı hərbi müdaxiləyə başlayandan sonra Ukraynadan Avropa İttifaqına üzv ölkələrə qaçmaq məcburiyyətində qalan minlərlə ukraynalı Slovakiyadan keçərəkək vətənlərini ziyarət edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG