Accessibility links

Bayden Konqresin yardımı aylarla gecikdirdiyinə görə Zelenskidən üzr istəyib


ABŞ prezidenti Co Bayden Konqresin Amerikanın hərbi yardımını bir ay müddətinə ləngitdiyinə görə cümə günü ilk dəfə olaraq Ukraynadan açıq şəkildə üzr istəyib. Həmin ləngimə Rusiyaya döyüş meydanında irəliləyiş əldə etməyə imkan verib. Ukrayna prezidenti Volodimir Zelenski isə "İkinci Dünya Müharibəsi zamanı olduğu kimi" ABŞ-ın hər ik partiyasının dəstəyinə çağırış edib.

Normandiya əməliyyatının 80-ci ildönümü ilə bağlı mərasimlərdə iştirak etdikdən bir gün sonra Parisdə danışan Bayden Konqresdəki mühafizəkar respublikaçıların 61 milyard dollarlıq yardımı ləngitmələri səbəbilə həftələr boyu əlavə yardımın gəlib-gəlməyəcəyindən xəbərdar olmadıqlarına görə Ukrayna xalqından üzr istəyib.

Bununla belə, Demokrat prezident israr edib ki, Amerika xalqı uzun müddətdə Ukraynanın yanındadır. “Biz hələ də varıq. Tamamilə. Hərtərəfli" deyə Bayden bildirib.

Zelenski isə çıxışında bütün amerikalıları ölkəsini Rusiyanın işğalına qarşı müdafiədə dəstəkləməyə səsləyib və o, qanunvericilərə Ukraynaya son həftələrdə Rusiyanın irəliləyişlərini dayandırmağa imkan verən silah paketini təsdiqləmək üçün bir araya gəldiklərinə görə təşəkkür edib.

"Amerika Birləşmiş Ştatlarının, bütün Amerika xalqının bu cür birlik olaraq İkinci Dünya Müharibəsi zamanındakı kimi Ukraynanın yanında olması çox vacibdir. Birləşmiş Ştatların insanların həyatlarını xilas etmək, Avropanı xilas etmək üçün kömək etdiyi kimi. Biz də bizimlə çiyin-çiyinə dayanaraq, davamlı dəstək göstərməyinizə arxalanırıq", o deyib.

Birləşmiş Ştatlar Kyivin müharibə dövründə ən böyük hərbi yardım tədarükçüsüdür. Ukrayna hazırda ölkənin şərq bölgələrində Rusiyanın intensiv hücumunu dəf etməyə çalışır.

Hücumlar hazırda Ukraynanın sərhədyanı Xarkiv və Donetsk bölgələrinə aparılır. Lakin Ukrayna rəsmiləri deyirlər ki, onlar daha geniş əraziyə yayıla bilər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu məhkəmədə etiraz edib: "Diktator Əliyevi dəstəkləməyin"
please wait

No media source currently available

0:00 0:11:47 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG