Accessibility links

Ukrayna ordusu Rusiyanın 5 raketini, 48 dronunu vurub


Ukrayna ordusu cümə günü bildirib ki, Ukrayna hava qüvvələri Rusiyanın gecə boyu etdiyi hücumlar zamanı doqquz bölgə üzərində 53 drondan 48-ni vurub.

Rusiya qüvvələri Kyiv bölgəsinə dronlar və Kh-101/Kh-555 raketləri ilə hücum ediblər. Qubernatorun bildirdiyinə görə, nəticədə bir sənaye obyektində yanğın baş verib. Fövqəladə hallar xidməti cümə günü səhər yanğını söndürüb, tələfatın olmadığı bildirilir.

Xarkiv bölgəsinin qubernatoru Oleh Sınehubov deyib ki, dron hücumu nəticəsində azı üç yaşayış binasında pəncələr sınıb, bir mağaza və poçt ofisinə, habelə bir neçə başqa yerli infrastruktura ziyan dəyib.

Dnipropetrovsk bölgəsi üzərində üç dron məhv edilib. Bu barədə qubernator məlumat verib. Kirovohrad qubernatoru deyib ki, hücum onun bölgəsində heç bir ziyana səbəb olmayıb, belə ki, ordu orada bir dronu vurduğunu bildirib. Xmelnitski qubernatoru da heç bir ziyanın dəymədiyini və hava qüvvələrinin bölgə üzərində 11 hədəfi vurduğunu bildirib.

Ukrayna ordusu bildirib ki, cənubdakı Odesa regionu üzərində yeddi, Xerson bölgəsində üç, Mikolayiv regionunda isə iki dron vurulub.

Ukrayna energetika nazirinin müavini dövlət televiziyasında bildirib ki, hücumda heç bir enerji infrastrukturuna ziyan dəyməyib.

Rusiya bu yaz Ukraynanın enerji infrastrukturunu getdikcə daha çox hədəfə alıb və bu, onun istehsal gücünə ziyan vurub, ölkə daxilində elektrik enerjisinin kəsilməsinə səbəb olub

Forum

XS
SM
MD
LG