Accessibility links

Azərbaycan Tsxinvalidə keçirilən seçkiləri tanımır


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş “qondarma parlament seçkiləri”nə dair bəyanat yayıb.

Nazirliyin məlumatında vurğulanıb ki, “Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 9 iyun 2024-cü il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma parlament seçkilərini, həmçinin onların nəticələrini tanımır”.

Tsxinvali bölgəsi keçmiş SSRİ dövründə Gürcüstanın tərkibində Cənubi Osetiya Muxtar Vilayətinin inzibati mərkəzlərindən biri olub. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra bölgədə hərbi qarşıdurmalar baş verib. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı Rusiya Tsxinvalinin nəzarətini ələ keçirib və daha sonra Cənubi Osetiyanı tanıyıb. Bu addım Cənubi Osetiyanı Gürcüstanın tərkib hissəsi kimi tanıyan beynəlxalq birlik tərəfindən pislənib.

Forum

XS
SM
MD
LG