Accessibility links

ABŞ Yaxın Şərq danışıqları və Təhlükəsizlik Şurasının qətnaməsi ilə Qəzzada atəşkəsə nail olmağa çalışır


Israel Palestinians
Israel Palestinians

ABŞ dövlət katibi bazar ertəsi Yaxın Şərq liderlərini Qəzzada döyüşləri dayandırmaq üçün atəşkəs təklifi ilə razılaşmağa HƏMAS-a təzyiq göstərməyə çağırıb.

Blinken bildirib ki, üç fazalı sazişi qəbul etməyən yeganə tərəf HƏMAS-dır.

"Başqa mülki itkilərin olmamasını təmin etməyin ən yaxşı yolu atəşkəs sazişinin irəliləməsi və HƏMAS-ın bunu qəbul etməsidir. Bu məsələ bu qədər sadədir", deyə Blinken Qahirədə jurnalistlərə bildirib.

Blinken həmçinin onu da əlavə edib ki, "Misirli həmkarlarımız HƏMAS-la hələ bir neçə saat əvvəl əlaqə saxlayıblar. Düşünürəm ki, Misir, ABŞ və digər ölkələr yenə də "hə" cavabı ala biləcəyimiz inanırlar."

Keçən ilin oktyabr ayında Qəzzada hərbi münaqişə başlayandan bəri bu ABŞ Dövlət Katibinin bölgəyə səkkizinci səfəridir.

Blinken Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sissi ilə danışıqlar aparıb, daha sonra İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant ilə görüşmək üçün İsrailə gedəcək.

Bu arada, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasını HƏMAS-ı təklif olunan atəşkəs razılaşmasını qəbul etməyə çağıran qətnamə layihəsini səsverməyə çağırır.

ABŞ rəsmiləri bildirir ki, İsrail tərəfi döyüşlərin ilkin dayandırılmasını, Qəzzadan bəzi girovların azad edilməsini, fələstinlilərə humanitar yardımın artırılması, fələstinli mülki əhalinin öz evlərinə və məhəllələrinə qayıtması üçün İsrail qoşunlarının Qəzzadan çıxarılması, İsrail tərəfindən saxlanılan fələstinli məhbusların azad edilməsini ehtiva edən atəşkəs təklifini qəbul edəcəyini bildirib

HƏMAS isə ABŞ prezidenti Co Bayden tərəfindən bir həftədən çoxdur açıqlanan planı nə qəbul, nə də rədd edib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamə layihəsi HƏMAS-a təzyiqi artırmaq məqsədi daşıyır. Eyni zamanda HƏMAS və İsraili arasındakı atəşkəs sazişini “vaxtsız və qeyd-şərtsiz” tam şəkildə qəbul etməyə çağırır.

"İsrail bu təklifi qəbul edib və Təhlükəsizlik Şurasının vahid mövqedən çıxış edərək, HƏMAS-ı da eyni şeyi etməyə çağırmaq imkanı var" deyə ABŞ-ın BMT-dəki missiyası bazar günü yaydığı bəyanatda bildirib.

Qətnamə üzrə səsvermə bazar ertəsi keçirilə bilər.

Bu arada, ABŞ ordusu bazar günündən etibarən Qəzza zolağının şimalına havadan humanitar yardımın çatdırılmasını bərpa edib. Əlverişsiz hava şəraiti və İsrailin bölgədəki hərbi əməliyyatları səbəbindən bu əməliyyata may ayının sonunda fasilə verilmişdi.

Havadan yardımın çatdırılması ABŞ ordusunun Qəzza sahilindəki müvəqqəti körpünün təmirini başa çatdırdığını elan etdikdən sonra iki həftə sonraya təsadüf edir.

Dünya Ərzaq Proqramının rəhbəri Sindy Makkeyn bazar günü təşkilatın körpüyə gətirilən yardımın paylanması işini dayandırdığını xəbər verib O, CBS-in "Face the Nation" verilişinə "xalqımızın təhlükəsizliyindən narahat olduğunu" bildirib. O, agentliyin iki anbarının raketlərlə vurulduğunu deyib.

"Biz bu an üçün geri çəkildik" deyən Makkeyn bildirib ki, "yenidən işə başlamazdan əvvəl təhlükəsiz şəraitdə və təhlükəsiz yerdə olduğumuzdan əmin olmaq istəyirik. Amma ölkənin qalan hissəsində fəaliyyətimiz davam edir. Biz şimalda və cənubda əlimizdən gələni edirik”.

Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı, İsrail rəsmilərinin bildirdiyinə görə, 1200-ə yaxın insanın ölümü və təxminən 250 nəfərin girov götürülməsi ilə nəticələnən terror hücumu həyata keçirməsindən sonra başlayıb. Girovların təxminən yarısı noyabrda əldə olunan atəşkəs nəticəsində sərbəst buraxılıb.

HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliyinin məlumatına görə, İsrail ordusunun hücumu nəticəsində 36 mindən çox insan ölüb. Onlar minlərlə insanın hələ də dağıntılar altında qaldığını bildirir.

Forum

XS
SM
MD
LG