Accessibility links

Məhsa Mehdili: İran rejimi üçün hicab dini məsələnin üstündə siyasi bir məsələdir


Məhsa Mehdili
Məhsa Mehdili

İran höküməti son vaxtlar qadınların geyiminə nəzarəti gücləndirmək məqsədi ilə başlatdığı yeni “Nur layihəsini” ölkədə siyasi atmosferin adətən yumşaldığı seçkilər ərəfəsində belə aqressiv bir şəkildə həyata keçirməyə davam edir.

Siyasi şərhçi Məhsa Mehdili Amerikanın Səsinə müsahibədə məcburi hicab mövzusunun İslam Respublikası üçün hər zaman dini məsələ olmaqdan çox siyasi məsələ olduğunu önə çəkir. Onun sözlərinə görə, toplumda məcburi hicaba qarşı artan müqavimətdən qorxan hakimiyyət artıq heç bir yumşalmaya getmir.

Məhsa Mehdili: İran rejimi üçün hicab dini məsələnin üstündə siyasi bir məsələdir
please wait

No media source currently available

0:00 0:11:25 0:00
Direct link

“Bir dönəm xəbərlər verdilər ki, qadınların geyiminə nəzarətdə biraz yumşalma olacaq. Amma, bu bəlli idi ki, rejim bu məsələdə geri addım atmayacaq idi. Çünki, bu rejimin təməl dayanaqlarından biridir. Çünki, mahiyyət olaraq dini diktatorluqdur. Şəriət istibdadıdır və bundan geri addım atsa o mahiyyət əriyər. Ona görə, indi də geri addım və ya yumşalma və ya toplumu dinləmə olmadı ki heç, daha da sərt addımlar atmağa başladılar. Çünki, məsələ onlar üçün sadəcə geyimdən ibarət deyil. Hicab İran rejimi üçün dini məsələnin üstündə siyasi bir məsələdir,” Mehdili söyləyir.

Bu yaxınlarda İranın polis komandirinin müavini deyib ki, “yeddi min polis məmura ölkənin şimal sahillərindəki çimərliklər, kurortlar və əyləncə məkanlarına nəzarət etmək və asayişi qorumaq üçün yerləşdiriləcək”

Məhsa Mehdilinin sözlərinə görə, “seçkilər dönəmində yumşalmaya gedərdilər. Amma bu dəfə daga fərqli bir mövqe görürük. Bunun səbəblərindən birisi bu ola bilər ki, rejim bu etirazlar prosesində, yəni iqtisadi baxımdan ən ağır dönəmlərindən birində, bu məcburi hicab məsələsi ilə qarşı-qarşıya qaldı. Bu məsələ həm dünyada indiyədək bu qədər səsləndirilməmişdi. İçəridə də aydın kəsim arasında hər zaman geyim azadlığı tələbi var idi, amma bu dəfə kütlələr arasına da çox yayıldı. İlk dəfə idi məcburi hicab məsələsi bir ana məsələ olaraq ortaya qoyuldu və hələ də davam edir.”

O, əlavə edir ki, “insanlar geri addım atmır. Minlərlə qadın öz şəkillərini çəkib sosial mediada yayır. Mümkün olanda keçədə baş açıq gəzirlər. Bu da hakimiyyəti ki məcburi hicabı özlərinə varlıq-yoxluq məsələsi halına gətirib qorxuya salıb.”

Forum

XS
SM
MD
LG