Accessibility links

Zelenski: Ukraynanın hava hücumundan müdafiə vasitələri, enerji sisteminə yardıma ehtiyacı var


Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı Almaniyanın ev sahibliyi etdiyi yenidənqurma konfransında çıxış edərkən hava hücumundan müdafiə vasitələrinə və ölkənin enerji sisteminin yenidən qurulmasına ehtiyac olduğunu vurğulayıb.

Zelenski deyib ki, Rusiya qüvvələri Ukraynanın enerji infrastrukturunu hədəf alıb, qışdan bəri pilotsuz təyyarələr və raket hücumları Ukraynanın enerji istehsal imkanlarının yarısını məhv edib. Onun sözlərinə görə, ikiillik müharibədən sonra Ukrayna hərbçiləri cəbhə xəttində qala və Qara dənizə çıxışı saxlaya bildiyini göstərib.

"Rusiyanın Ukrayna üzərindəki ən böyük strateji üstünlüyü səmadkı üstünlüyüdür. Rus qoşunlarının yerdə irəliləməsinə kömək edən raket və bomba terrorudur. Havadan müdafiə cavabdır" - deyə, Zelenski bildirib. Onun sözlərinə görə, Ukrayna hərbi və infrastruktur ehtiyacları üçün milyardlarla dollar yardım alacağını gözləyir.

Berlində keçirilən konfrans İsveçrədə keçiriləcək sülh konfransından bir neçə gün əvvələ təsadüf edir, burada 90 ölkə və təşkilat sülh planının həyata keçirilməsi və Rusiya və Ukraynanı sülh prosesinə necə cəlb etmək üçün çərçivə üzərində çalışacaqlar.

Rusiya İsveçrədəki danışıqlarda iştirak etmir.

İyulun əvvəlində Vaşinqtonda NATO liderlərinin sammiti də var.

NATO-nun Baş katibi Yens Stoltenberq çərşənbə axşamı bildirib ki, o, müttəfiqlərin alyansın “təhlükəsizliyə yardım, Ukraynaya təlim verilməsi və həmçinin uzunmüddətli danışıqlarda razılığa gəlməsi ilə razılaşacaqlarını gözləyir.

Stoltenberq Latviyaya səfəri zamanı jurnalistlərə bildirib ki, NATO müttəfiqləri artıq Ukraynaya hərbi dəstəyin 99%-ni təmin edir, ona görə də alyansın özünün səylərin əlaqələndirilməsində və Ukrayna qüvvələrinə yardımın çatdırılmasında boşluqların qarşısının alınmasında daha böyük rol oynaması əhəmiyyət kəsb edir.

"Ukraynanın proqnozlaşdırıla bilən, sabit hərbi dəstək axınına ehtiyacı var", Stoltenberq bildirib.

Forum

XS
SM
MD
LG