Accessibility links

Avstraliya quş qripi səbəbindən fermaları karantinə bağlayıb


Avstraliyanın Viktoriya ştatında quş qripi yayılmaqda davam edir. Xəstəlik səbəbilə burada 500 mindən çox toyuq evtanaziya edilib. Quşların və avadanlıqların hərəkətini məhdudlaşdıran ciddi karantin zonaları da tətbiq edilib. Avstraliya səhiyyə orqanları quş qripinin əsasən təbiətdə yaşayan su quşları arasında yayıldığını bildirir.

Quş qripinin yüksək patogenli H7N3 ştammı dörd fermada, digər versiası - H7N9 isə Viktoriya əyalətində son yeddi həftə ərzində beşinci müəssisəsədə aşkar edilib. Avstraliya fermalarını karantinə bağlayıb. Ən azı 580 min quş biotəhlükəsizliyə nəzarətin bir hissəsi olaraq məhv edilib.

Yaponiya və ABŞ ehtiyat tədbiri olaraq Viktoriya ştatından quş əti idxalını müvəqqəti olaraq qadağan edib.

Avstraliyadakı bəzi supermarketlər, tədarük zəncirinin pozulması səbəbindən istehlakçıların ala biləcəyi yumurtaların sayını məhdudlaşdıb.

Quş qripi bütün dünyada rast gəlinən yoluxucu xəstəlikdir. Xəstəlik çirklənmiş heyvan yemi və avadanlıqların ərazilər arasında daşındığı zaman yayılır.

Viktoriya Fermerlər Federasiyasının vitse-prezidenti Danyel Kukinotta Avstraliya Yayım Korporasiyasına bildirib ki, virus sürətlə yayıla bilər.

"Bizim edə biləcəyimiz çox az şey var və biotəhlükəsizliyiniz nə qədər yaxşı olsa da, siz vəhşi quşların içəri daxil olmasını dayandıra bilməzsiniz. Bura, köçəri quşların miqrasiya etdiyi yoldur. Hazırda bütün quşların karantinə alınması əmri verilib. Bu, quşlarımızı qorumaq və qida tədarükü zəncirini qorumaqla məqsədi daşıyır", deyə o bildirib.

Viktoriya və Qərbi Avstraliya ştatlarında müəyyən edilmiş quş qripinin ştammları insanlara yoluxa bilər. Lakin mütəxəssislər israr edirlər ki, bu nadir hallarda baş verir.

Virus inəklərə də yoluxa bilər. Birləşmiş Ştatların Kənd Təsərrüfatı Departamenti martın sonundan bəri quş qripinin bir neçə ştatda 80-dən çox sürüdə süd verən inəklərə yoluxduğunu bildirib.

ABŞ-da ən azı üç südçülük işçisi yoluxmuş mal-qara ilə təmasda olduqdan sonra quş qripi ilə bağlı verdikləri testləri müsbət çıxıb. Hər üç şəxs xəstə sağalma prossesindədir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi quş qripinin ümumi cəmiyyət üçün aşağı riskli qiymətləndirib. Mərkəz bu virusun insandan insana ötürülməsinə dair sübutunu olmadığını bildirb.

Bununla belə keçən ay Meksikanın səhiyyə orqanları ev quşlarında tapılan qripin insana yoluxmasının ölümcül halını təsdiqləyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG