Accessibility links

Münsiflər məhkəməsi Hanter Baydeni 3 ittihamda təqsirli bilib


Hanter Bayden
Hanter Bayden

İyunun 11-də Delaver ştatında keçirilən məhkəmədə münsiflər heyəti ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydeni ona qarşı irəli sürülən hər üç ittihamda təqsirli bilib. İttihamlara əsasən, Hanter Bayden 2018-ci ildə tapança alarkən sənədlərdə narkotik asılılığı olmadığı ilə bağlı yalan məlumat verib.

Münsiflər Hanter Baydeni federal lisenziyalı silah satıcısına yalan danışmaqda, ərizədə narkotik istifadəçisi olmadığı haqda yalan iddia irəli sürməkdə və 11 gün ərzində qanunsuz olaraq silaha sahib olmaqda təqsirli biliblər.

Hakim Maryellen Noreika Hander Baydəni 25 ilə qədər həbsə məhkum edə bilər. Bununla bərabər, məhkəmə ilk dəfə məhkum olunanlara adətən sərt cəza vermir və onun həbs edilib-edilməyəcəyi aydın deyil.

2024-cü il ABŞ prezident seçkiləri təşviqat tədbirləri ilə bərabər məhkəmə xəbərləri ilə zəngin keçir. ABŞ prezidenti Co Baydenin oğluna qarşı münsiflər məhkəməsi tərəfindən verilən bugünkü qərardan öncə Respublikaçılar Partiyasının ehtimal edilən prezidentliyə namizədi Donald Tramp da məhkəmə tərəfindən təqsirli bilinmişdi.

Həm Hanter Bayden, həm də Donald Tramp bu məhkəmə proseslərinin siyasiləşməsi haqda şikayət ediblər. Lakin Tramp ona qarşı olan qərarın “saxtalaşdırıldığını” iddia etsə də, Bayden məhkəmənin oğlu ilə bağlı verəcəyi qərarı qəbul edəcəyini və onun azadlığıa buraxılması üçün əfv səlahiyyətindən istifadə etməyəcəyini bildirib.

Hanter Baydenin hüquqi problemləri hələ bitməyib. Sentyabr ayında başlayacaq digər məhkəmədə ona qarşı 1.4 milyon dollar həcmində vergidən yayınma ittihamı irəli sürülüb.

Forum

XS
SM
MD
LG