Accessibility links

Sorğu: Qlobal miqyasda Bayden Trampdan daha yüksək reytinq qazanıb


Pew Araşdırma Mərkəzinin yeni sorğusina görə, ABŞ prezidenti Co Bayden dünya miqyasında keçmiş prezident Donald Trampdan daha müsbət reytinq alıb.

Yanvarın 5-dən mayın 21-dək 34 ölkədə (ABŞ daxil olmaqla) 40 566 nəfər arasında aparılan sorğu Baydenin “dünyada doğru şeyi edəcəyinə” inamın 43%-ni göstərib. Tramp üçün bu göstərici 28%-dir.

Sorğuda iştirak edən insanlar 24 ölkədə Trampdan daha çox Baydenə arxayın olsalar da, keçmiş prezident Macarıstan və Tunisdə lider olub, qalan 8 ölkədə ciddi fərq olmayıb.

Hər iki şəxs Filippində ən yüksək etimad reytinqlərini alıb. Bayden 77%, Tramp isə 68% toplayıb.

Bununla belə, Baydenin reytinqləri keçən ildən bəri pisləşib. 21 ölkədən 14-ü bu il Baydenə 2023-cü illə müqayisədə daha aşağı etimad reytinqi verib. Onun ən mənfi rəylərindən bəziləri Qəzzada İsrail-HƏMAS müharibəsi ilə bağlı olub. 34 ölkə Baydenin müharibəni idarə etməsinə orta hesabla 57% bəyənməyib.

Sorğu Bayden müharibəni bitirmək təklifini açıqlamadan əvvəl aparılıb. Məlumatlar həmçinin göstərir ki, sorğu keçirilən bir sıra ölkələrdə kişilər qadınlardan daha çox Trampa güvənir.
Lakin hesabatda qeyd edilir ki, “qadınlar bu suala ümumiyyətlə kişilərə nisbətən daha az cavab verib”.

Hər iki siyasi xadim üçün azalma tendensiyası nümunəvi bir demokratiya kimi ABŞ-a inamın azalması ilə bağlıdır.

Hesabatda deyilir ki, sorğunun keçirildiyi bütün ölkələrdə hər 10 respondentdən 4-ü hesab edir ki, ABŞ bir vaxtlar qlobal miqyasda demokratiya nümunəsi olsa da, bu, artıq belə deyil.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG