Accessibility links

BMT Baş katibi İsrail hərbçiləri və HƏMAS-ı uşaqlara zərər verdiyinə görə qara siyahıya salıb


Birləşmiş Millətlər Təşkilatının Baş katibi İsrail ordusunu və HƏMAS-ı uşaqlara zərər verən cinayətkarların illik qara siyahısına daxil edib.

Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının üzvlərinə göndərilən hesabatda "Qəzza zolağı, İsrail və Şərqi Qüds də daxil olmaqla, işğal altındakı İordan çayının qərb sahilində uşaqlara qarşı törədilən ağır pozuntuların dramatik şəkildə artması və görünməmiş miqyası və intensivliyindən dəhşətə gəlirəm" deyib. Hesabat hələ dərc olunmayıb.

İllik Uşaqlar və Silahlı Münaqişə hesabatı uşaqları işə götürən, öldürən, şikəst edən və ya qaçıran, onlara qarşı cinsi zorakılıq törədən, humanitar yardımdan məhrum edən və ya məktəblərə və xəstəxanalara hücum edənlərin adlarını çəkir və onları rüsvay edir.

Quterreşin xüsusi nümayəndəsi Virciniya Qambaya Təhlükəsizlik Şurası tərəfindən bu pozuntuların qarşısını almaq və onlara son qoymaq tapşırılıb.

Amerikanın Səsinin əldə etdiyi hesabatda Birləşmiş Millətlər Təşkilatının İsrail və fələstinli uşaqlara qarşı 8009 ciddi pozuntu faktını təsdiqlədiyini, lakin münaqişə səbəbindən prosesin yavaş davam etdiyini bildirib.

Onlardan 113-ü israilli uşaqlara, qalanları isə İsrail və Fələstin ərazilərində fələstinli uşaqlara qarşı olub. Hesabatda deyilir ki, ötən ilin oktyabrın 7-dən ötən ilin sonuna kimi Qəzzada uşaq itkilərinin çoxu “İsrail silahlı və təhlükəsizlik qüvvələrinin məskunlaşan ərazilərdə partlayıcı silahlardan istifadə etməsi” nəticəsində baş verib.

HƏMAS-dan başqa Fələstin İslam Cihadı da siyahıya salınıb. Hər iki qrup uşaqları öldürmək, şikəst etmək və qaçırmaqda günahlandırılaraq ilk dəfə siyahıya salınıb. Hesabat 2023-cü ilin yanvar-dekabr aylarını əhatə edir.

HƏMAS 2023-cü il oktyabrın 7-də İsraildə törətdiyi terror hücumu ilə artıq doqquzuncu ayını tamamlayan müharibəyə səbəb olub. Hesabat yalnız 2023-cü ildə bildirilmiş və ya təsdiqlənmiş itkiləri əhatə edir.

Qəzzada ən azı üç əvvəlki müharibədə yüzlərlə uşağın öldürülməsinə və şikəst olmasına baxmayaraq, bu, ilk dəfədir ki, ya İsrail, ya da HƏMAS hesabatın qara siyahısına daxil edilib.

İsrailin silahlı və təhlükəsizlik qüvvələri də uşaqların öldürülməsi və şikəst edilməsi, məktəblərə və xəstəxanalara hücumlara görə siyahıya alınıb.

Human Rights Watch təşkilatının uşaq hüquqlarının müdafiəsi üzrə direktoru Co Bekker Amerikanın Səsinə elektron poçtla bildirib ki, “İsrail qüvvələrinin BMT-nin “utanc siyahısı”na daxil edilməsi yubadılırdı və bu, uşaqlara qarşı kobud pozuntulara dair böyük sübutları əks etdirir.

İsrail rəsmiləri Taliban, Əl-Qaidə və İslam Dövləti terror qruplarının da yer aldığı siyahıya daxil edilməsindən qəzəbləndiklərini bildirib. Ölkə bunu Birləşmiş Millətlər Təşkilatının daha çox anti-İsrail hərəkəti kimi rədd edib.

Baş nazir Benyamin Netanyahu cümə günü deyib: "Bu gün BMT HƏMAS qatillərini dəstəkləyənlərə qoşularaq özünü tarixin qara siyahısına əlavə edib. IDF dünyanın ən əxlaqlı ordusudur. BMT-nin heç bir aldadıcı qərarı bunu dəyişməyəcək".

İsrailin Birləşmiş Millətlər Təşkilatının səfiri Quterreşin aparat rəhbəri ilə telefon danışığının bir hissəsinin videosunu yayımlayıb. Cümə günü zəngdə Gilad Erdan "Baş katibin bu utancverici qərarından tam şoka düşdüyünü deyərək əlavə edib ki, bu, HƏMAS-ı mükafatlandırmaqla yanaşı müharibəni uzadacaq.

Forum

XS
SM
MD
LG