Accessibility links

Bayden G7-yə Rusiyanın dondurulmuş aktivləri və Çinin istehsal həcmi ilə bağlı planlarını irəli sürür


Dünyanın ən zəngin yeddi iqtisadiyyatının liderləri sonuncu dəfə 2023-cü ildə Yaponiyanın Xirosima şəhərində keçirilən G7 sammitində bir araya gələrək, Çinin artan iqtisadi təhlükəsizlik təhdidlərini pisləmiş və Ukraynanı Rusiyanın işğalına qarşı lazım olan müddətdə dəstəkləyəcəklərinə söz vermişdilər.

Bu həftə İtaliyanın Apuliya şəhərində infrastrukturun maliyyələşdirilməsi və süni intellekt də daxil olmaqla, ümumi qlobal problemlərin öhdəsindən gəlməyə çalışan ABŞ prezidenti Co Bayden qrupdan bu iki rəqibin qarşısını almasını istəyir.

Lakin Aİ parlament seçkilərindən sonra Avropa siyasi mənzərəsinin sağa doğru dəyişməsi onun planlarını çətinləşdirə bilər. Baydenin planları ilə tanış olan mənbə Amerikanın Səsinə bildirib ki, ABŞ G7-nin məhsul istehsalı tələbatını üstələyən Çinin qarşısını almasını, əsas yaşıl texnologiyalar və Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın müharibə səylərinə kömək etmək üçün istifadə mexanizmi ilə bağlı vahid cəbhədə razılığa gəlməsini hədəfləyir.

Rusiyaya münasibətdə Bayden Qərb maliyyə institutlarında immobilizasiya olunmuş təxminən 280 milyard dollarlıq Rusiya aktivlərinin faizlərindən istifadə edərək, Kyivə on milyardlarla dollar vermək planını irəli sürür.

Çinin elektrik avtomobilləri və digər strateji sənayelər üçün yeni tarifləri elan etdikdən bir neçə həftə sonra Bayden liderlərdən həm də Pekinin qlobal bazarları ucuz ixracatla doldurmaq təcrübəsinə qarşı çıxmasını istəyir.

Hər iki cəbhədə hələ çox iş görülməlidir və rəsmilər sammit bitməmiş yekun kommünike üzərində razılığa gəlməyə çalışırlar.

Avropa Parlamenti seçkilərində ifrat sağçı partiyaların dəstək qazanması ilə Avropada siyasi mənzərənin dəyişib. Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz zəifləyib, G7-yə ev sahibliyi edən İtaliyanın baş naziri Giorcia Meloni isə hakimiyyətini möhkəmləndirib.

Avropanın ifrat sağçıları Çin və Rusiya ilə bağlı fərqli fikirlərə malikdir və G7-nin mövqeyinə daha bir qeyri-müəyyənlik əlavə edir.

Əsas amil: Ursula fon der Leyen Avropa Komissiyasının prezidenti vəzifəsini daha beş il saxlaya biləcəkmi? Von der Leyen güclü mövqedə olsa da, onun ikinci müddətinə zəmanət verilmir.

Xarici Əlaqələr Şurasının Avropa üzrə əməkdaşı Liana Fiks Amerikanın Səsinə bildirib ki, partiyasının parlament seçkilərində məğlubiyyətindən sonra Makron tərəfindən elan edildiyi kimi iyunun sonunda Fransada növbədənkənar parlament seçkiləri qeyri-müəyyənlik yarada bilər. Həddindən artıq sağçı hökumətin perspektivləri ilə Makron Fransa seçkilərinə bir neçə gün qalmış fon der Leyeni təsdiqləməkdə tərəddüd edə bilər.

Moskva 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Qərb maliyyə institutları tərəfindən aktivlərinin dondurulmasını oğurluq kimi qiymətləndirir. G7 Baydenin irəli sürdüyü planı qəbul etməyə razılaşarsa, Rusiya cavab tədbirləri görəcəyi ilə hədələyib.

Bu plan Kyivə 50 milyard dollara qədər kredit verəcək və bu, Qərb müttəfiqlərinə Rusiyanın aktivlərindən əldə edilən faizlərdən istifadə etməklə geri qaytarılacaq. Ödənilənə qədər ildə 3 milyard dollar və ya daha çox vəsait tutacaq. Ya da Moskva təzminat ödəməyə razılaşacaq.

Bütün bunlar Moskva qüvvələrinin döyüş meydanında strateji irəliləyişlər əldə etdiyi, Amerika və Avropa vergi ödəyiciləri arasında müharibənin maliyyələşdirilməsi narahatlıqlarının dərinləşdiyi bir vaxt baş verir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG