Accessibility links

Rusiya hərbi gəmiləri Karib dənizindəki hərbi təlimlərdən əvvəl Kuba körfəzinə çatıb


Rusiya hərbi gəmilərindən ibarət donanma Karib dənizində planlaşdırılan hərbi təlimlər öncəsi çərşənbə günü Kuba sahillərinə çatıb. Bunu bəziləri Qərbin Ukraynaya dəstəyi ilə bağlı gərginliyin artdığı bir vaxtda güc nümayişi kimi qiymətləndir.

Üç gəmi Havana körfəzinə çatıqdan sonra kiçik qayıqların müşayəti ilə dar kanaldan keçib. Rusiya və Kuba bayraqları ilə bəzədilmiş flaqman freqatı 21 top atəşi salamı ilə qarşılanıb. Bu gəmilərdən sonra isə nüvə enerjisi ilə işləyən sualtı qayığın gələcəyi gözlənilirdi.

ABŞ ordusu təlimlərə bir neçə Rusiya gəmisi və dəstək gəmilərinin qatılacağını və gəmilərin daha sonra Venesuelaya yanaşacağını gözləndiyini bildirib.

Rusiya, Venesuela və Kubanın çoxdankı müttəfiqidir. Moskvanın döyüş gəmiləri və təyyarələri vaxtaşırı Karib hövzəsinə gəlib.

Lakin bu missiya Prezident Co Baydenin Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkivi qorumaq məqsədi ilə Rusiya daxilinə zərbələr endirmək üçün ABŞ-ın verdiyi silahlardan istifadə etməsinə icazə verməsindən sonra başlayıb. Rusiya Prezident Vladimir Putin məsələ ilə əlaqədar ordusunun dünyanın başqa yerlərində "asimmetrik addımlarla" cavab verə biləcəyini bildirmişdi.

"Döyüş gəmiləri əsasən Vaşinqtona, düşmənin sizin yaxın ətrafınıza müdaxilə etməsinin xoşagəlməz olduğunu xatırladır", deyə Vaşinqtonda yerləşən Wilson Center analitik mərkəzinin Latın Amerikası Proqramının direktoru Benjamin Gedan, Qərbin Rusiyanın Ukraynadakı müharibəsində iştirakına toxunaraq belə deyib. "Bu, həmçinin Rusiyanın regiondakı dostlarına, o cümlədən ABŞ-ın antaqonistləri Kuba və Venesuelaya Moskvanın onların tərəfində olduğunu xatırladır", deyə o əlavə edib.

Donanmaya nüvə enerjisi ilə işləyən sualtı qayıq daxil olsa da, ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi Associated Press-ə bildirib ki, kəşfiyyat xidmət müəyyən edib ki, heç bir gəminin nüvə silahı daşımır.

Adının ictimaiyyətə açıqlanmaması şərti ilə məlumat verən rəsmi bu gəmilərin "ABŞ üçün birbaşa təhlükə olmadığını" bildirib.

ABŞ rəsmiləri keçən həftə bildirib ki, Rusiya gəmiləri yay boyu bölgədə qalacaq.

Rusiya gəmiləri 2008-ci ildə bir qrup rus gəmisinin Kuba sularına daxil olmasından bəri vaxtaşırı Havanaya gəlir. 2015-ci ildə ABŞ və Kuba rəsmiləri arasında diplomatik münasibətlərin bərpası ilə bağlı müzakirələrin başlamasından bir gün əvvəl kəşfiyyat və rabitə gəmisi elan edilmədən Havanaya gəlmişdi.

Dövlət Departamentinin sözçüsü AP-yə bildirib ki, Rusiyanın Kubaya etdiyi dəniz səfərləri "müntəzəm dəniz səfərləri"dir, eyni zamanda onun hərbi təlimləri "ABŞ-ın Ukraynaya dəstəyi və NATO müttəfiqlərimizə dəstək fəaliyyətinə görə artıb".

Çərşənbə günü Rusiyanın xarici işlər naziri Serqey Lavrov Moskvada kubalı həmkarı Bruno Rodrigesi qəbul edib. Danışıqlardan sonra jurnalistlərə açıqlama verən Lavrov Kuba hakimiyyətinə Ukrayna ilə bağlı mövqeyinə görə təşəkkür edib.

"Əvvəldən Havana [Ukraynada] baş verənlərin və Qərbin uzun illər ərzində hazırladıqlarının tamamilə düzgün, real səbəblərini ümumiləşdirən bir qiymətləndirmə edib", deyə Lavrov bildirib.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin Amerika Proqramının direktoru Rayan Berq Rusiyanın hərbi və müdafiə doktrinasının Latın Amerikası və Karib hövzəsini mühüm mövqedə tutduğunu və ABŞ-ın təsiri altında görünən bu bölgənin Vaşinqtonun Avropadakı fəaliyyətinə qarşı tarazlaşdırıcı rol oynadığını bildirib.

"Bu, ehtimal ki, Moskvanın təxribatından başqa bir şey olmasa da, o, Rusiyanın müttəfiqlərinin köməyi ilə Qərb yarımkürəsinə güc nümayiş etdirə bilməsi barədə mesaj göndərir və o, şübhəsiz ki, ABŞ ordusunu yüksək hazırlıq vəziyyətində saxlayacaq", Berq vurğulayb.

Bu ilki missiyanın vaxtı Rusiyanın məqsədlərinə xidmət edə bilər, lakin bu, eyni zamanda Venesuela hökumətinin bundan prezident Nikolas Maduronun iyulun 28-də keçiriləcək seçkilərdə üçüncü müddətə namizədliyini dəstəkləmək üçün fürsət kimi istifadə edib-etməməsi sualını doğurur.

Venesuelanın baş müxalifət koalisiyası iqtidar partiyasının onilliklər boyu davam edən hakimiyyətini təhdid edir və analitiklər bildirir ki, Qayana ilə qızışan gərginlik üzərində qurulmuş böhranın Maduro hökumətinin səsverməni təxirə salmaq və ya ləğv etmək üçün istifadə edə biləcəyi ssenarilər sırasındadır.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG