Accessibility links

Vasitəçilər Qəzza zolağında atəşkəs üçün irəliləyiş üzərində işləyirlər


Birləşmiş Ştatlar HƏMAS-ın çoxmərhələli atəşkəs təklifinə bir sıra düzəlişlərlə cavab verilməsindən sonra Qəzzadakı müharibədə atəşkəsi təmin etmək üçün “irəli yol yaratmağa” çalışır.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan cümə axşamı jurnalistlərə bildirib ki, HƏMAS-ın bəzi dəyişiklikləri "təvazökar və kiçikdir" və onların üzərində işləmək olar. Lakin digərləri isə detalları prezident Co Baydenin razılaşdırılan və ya BMT-nin Təhlükəsizlik Şurasının təsdiq etdiyi parametrlərə "uyğun deyil".

Sallivan xəbərdarlıq edib ki, Misir və Qətər rəsmiləri ilə dolayı yolla aparılan danışıqlardakı müzakirələrin xarakteri vaxt aparacaq.

"Biz Qətər və Misirlə, Qətər və Misir isə HƏMAS ilə işləyəcək. Qətər, Misir və ABŞ isə İsraillə işləyəcək. Məqsəd bunu mümkün qədər tez bir zamanda yekunlaşdırmağa çalışmaqdır", Sullivan bildirib.

ABŞ rəsmiləri atəşkəs təklifinin İsrailin təklifi olduğunu bildiriblər və Sullivan cümə axşamı deyib ki, israillilər onu "dəstəkləyir".

Yaxın Şərq İnstitutunun Ərəbistan yarımadası məsələləri proqramının direktoru Gerald Feierstein deyir ki, İsrail və HƏMAS arasındakı atəşkəs danışıqları bir az qarışıq olub.

"İsrail hökuməti tərəfindən bir bəyanatı var ki, bu, israillilərin razılaşdıqlarına inandıqlarına şübhə yaradır. Həmas isə bildirib ki, onların yazılı şəkildə aldıqları, şifahi şərhdən başa düşdükləri ilə uyğun gəlmir. Beləliklə, görünür, orada çoxlu tüstü var. Yanğının nə olduğu isə bəlli deyil".

O həmçinin əlavə edib ki, "Düşünürəm ki, tərəflərin əslində razılaşdığı nöqtəyə çatsaq... İnanıram ki, hər iki tərəf razılaşmaya sadiqliyini nümayiş etdirəcək".

Üç fazalı atəşkəs təklifi ilkin mərhələdə döyüşlərin dayandırılmasını, Qəzzadan bəzi girovların azad edilməsini, İsrail tərəfindən saxlanılan fələstinli məhbusların azad edilməsini, fələstinlilərə humanitar yardımın artırılmasını, İsrail qoşunlarının çıxarılmasını tələb edir.

İkinci mərhələ Qəzzada bütün digər girovların azad edilməsi və İsrail qoşunlarının Qəzzadan tam çıxarılması müqabilində hərbi əməliyyatların daimi dayandırılmasını nəzərdə tutulur.

Son mərhələ İsrailin səkkiz aylıq bombardmanları nəticəsində çoxu viran qalmış Qəzza zolağının çoxillik yenidənqurma planını əhatə edir. Bu, həmçinin Qəzzada ölən girovların qalıqlarının qaytarılmasını təmin edəcək.

Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı, İsrail rəsmilərinin bildirdiyinə görə, 1200-ə yaxın insanın ölümü və təxminən 250 nəfərin girov götürülməsi ilə nəticələnən terror hücumu həyata keçirməsindən sonra başlayıb. Girovların təxminən yarısı noyabrda əldə olunan atəşkəs nəticəsində sərbəst buraxılıb.

HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliyinin məlumatına görə, İsrail ordusunun hücumu nəticəsində 36 mindən çox insan ölüb. Onlar minlərlə insanın hələ də dağıntılar altında qaldığını bildirir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG