Accessibility links

Rusiya və Ukrayna qarşılıqlı şəkildə dron və raket hücumları həyata keçirir


Ukrayna Fövqəladə Hallar Xidməti tərəfindən 2024-cü il iyunun 13-də dərc edilmiş bu fotoda yanğınsöndürən Kiyev bölgəsində hava hücumu nəticəsində zədələnmiş sənaye obyektində yanğını söndürməyə çalışır.
Ukrayna Fövqəladə Hallar Xidməti tərəfindən 2024-cü il iyunun 13-də dərc edilmiş bu fotoda yanğınsöndürən Kiyev bölgəsində hava hücumu nəticəsində zədələnmiş sənaye obyektində yanğını söndürməyə çalışır.

Kyiv və Moskva gecə ərzində onlarla pilotsuz təyyarə və raketdən istifadə edərək qarşılıqlı hücumular həyata keçirib. Bu barədə hər iki ölkənin rəsmiləri xəbər verib. Nəticədə Ukyarnada bir neçə insan yaralanıb, Rusiya ilə sərhədyanı bölgədə yanacaq anbarına ziyan dəyib.

Hər iki tərəf son həftələrdə sərhədyanı hava hücumlarını artırıb. Kyiv Rusiyanın enerji obyektlərini hədəf alır, Moskva isə cavab zərbələri endirir.

Rusiya Ukraynanın 87 dronunu vurduğunu, onlardan 70-nin Kyivə qarşı hərbi əməliyyatların qərargahının yerləşdiyi Rostov vilayətini hədəfə aldığını bildirib.

Müdafiə Nazirliyi Rostov səmasında 70, Kursk və Voronej üzərində altı, Volqoqrad və Ukrayna ilə həmsərhəd Belqorod vilayətində isə iki pilotsuz təyyarənin vurulduğunu xəbər verib.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev sosial şəbəkədə bildirib ki, hücumlar Rostov vilayətinin bir neçə bölgəsində elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Ukrayna ilə həmsərhəd olan Voronejdə vurulan dronların dağıntıları yanacaq anbarını zədələyib. Bu barədə vilayət qubernatoru Aleksandr Qusev bildirib.

Bu arada Kyiv bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiyanın gecə ərzində atılan 31 pilotsuz təyyarəsi və raketlərindən 24-nü vurub.

Vilayət qubernatoru xəbər verib ki, müharibənin davam etdiyi Donetsk vilayətinin cəbhə xəttində yerləşən Selidove şəhərinə hücum nəticəsində 6 nəfər yaralanıb.

Şərqdə Sumı vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində 3 nəfər yaralanıb. Qonşu Xarkov vilayətində isə bir neçə evə ziyan dəyib.

Forum

XS
SM
MD
LG