Accessibility links

Bayden və Tramp immiqrasiya mövzusunda bir-birini ittiham edir


Bayden və Tramp immiqrasiya mövzusunda bir-birini ittiham edir
please wait

No media source currently available

0:00 0:02:36 0:00

ABŞ prezidentliyinə namizəd Donald Tramp rəsmi qeydləri saxtalaşdırmada məhkum edildikdən sonra seçki təşviqatına geri dönüb. Seçicilərlə görüşlərdə Tramp immiqrasiya mövzusuna fokuslanaraq, insanların ABŞ-a getməsinin qarşısını almayan ölkələri sanksiyalarla təhdid edib.

Donald Tramp keçən həftə Arizonada seçki təşviqatına geri dönərək, orada prezident Co Baydenin ABŞ-Meksika sərhədinə nəzarəti itirdiyini deyib.

Donald Tramp, Respublikaçılar Partiyasının prezidentliyə namizədi: “Bu, dayanıqlı deyil. Amma Bayden dövründə ölkəyə axın təsadüf deyil. Bu, bizim suverenliyimizin və sərhədlərimizin bilərəkdən məhv edilməsidir. Necəsə, kimsə bizə bunun nə üçün baş verdiyini izah edəcək. Düşünürəm ki, səbəb səslərdir.”

Vətəndaşlığı olmayanların ABŞ seçkilərində səs verdiyini təsdiq edən sübut yoxdur.

Tramp qeyri-qanuni immiqrasiyanı necə həll edəcəyi haqda suala bunu təhrik edən xarici hökumətlərlə mübarizə aparacağı cavabını verdi.

Donald Tramp, Respublikaçılar Partiyasının prezidentliyə namizədi: “Əgər Çin və ya başqa bir ölkə özünü pis aparırsa, bizdə çox sərt olan və tarif adlanan şey var.”

Bayden administrasiyası bu ay Meksika sərhədini qeyri-qanuni keçərək sığınacaq istəyən insanların gündəlik qəbul sayını 2500-ə qədər azaldıb.

Bayden deyir ki, ehtiyac duyulan immiqrasiya islahatı Trampın mühacirlərə ünvanlanan alçaldıcı qeydlərindən gəlməməlidir.

Co Bayden, ABŞ prezidenti: “Biz müfəssəl immiqrasiya siyasəti uğrunda vuruşduğumuz zaman, o, mühacirləri təcavüzkar və qatil adlandırır. Deyir ki, onlar adam deyil. Deyir ki, mühacirlər ölkənin qanını zəhərləyir. Dostlar, mənim sələfim ölkənin yalnız bəzilərimiz üçün olmasını istəyir. Biz isə ölkənin hər kəs üçün olmasını istəyirik.”

Bayden Trampın anti-mühacir ritorikasının Amerika prinsiplərinə zidd olduğunu deyir.

Co Bayden, ABŞ prezidenti: “Siz bizim mühacirlər xalqı olaraq necə olduğumuzu təmsil edirsiniz. Xəyalpərəstlər xalqı, azadlıq xalqı. Bu, bölüşdüyümüz Amerikadır.”

Tramp 2016-cı seçkiləri zamanı rəsmi qeydləri saxtalaşdırdığı üçün məhkum olunduqdan sonra ilk dəfə keçən həftə seçicilərlə görüş keçirdi.

Nevadada seçicilərlə görüş zamanı Tramp dedi ki, bu qərar sərhəddə iflasın baş verdiyi bir zaman məhkəmə sisteminin siyasiləşməsidir.

Donald Tramp, Respublikaçılar Partiyasının prezidentliyə namizədi: “Bu dünya tarixinin ən bərbad sərhədirir. Heç bir üçüncü dünya ölkəsinin belə sərhədi yoxdur. Heç bir üçüncü dünya ölkəsində bizdəki qədər siyasi namizədlərə təzyiq mövcud deyil.”

Associated Press sorğusu mart ayından etibarən seçiciərin immiqrasiya mövzusunda fikirlərinin dəyişdiyin göstərir. Secilərin təxminən üçdə biri deyir ki, mühacirlərin cinayət törətməsi ölkə üçün əsas risklərdən biridir. Bu, göstərici 2017-ci ildə 19 faiz idi.

Forum

XS
SM
MD
LG