Accessibility links

Livanla sərhəddə gərginliyin artdığı bir vaxtda İsrail Qəzzaya zərbələr endirir


Atəşkəs səylərində irəliləyişin əldə olunmadığı və İsrailin Livanla şimal sərhədində gərginliyin artdığı bir vaxtda, İsrail qüvvələri cümə günü Qəzzaya zərbələr endirib, HƏMAS militanlarına qarşı döyüşüb.

Şahidlər cənubdakı Rəfah şəhəri və Qəzza zolağının mərkəzi hissələrinə zərbələr endirildiyini bildirib.

Deir əl-Bəlah şəhərində yerləşən Əl-Əqsa Şahidləri Xəstəxanasında kişilər yaxınlıqdakı Bureic qaçqın düşərgəsinə bomba hücumu nəticəsində ölən 11 yaşlı oğlanın cəsədinin ətrafına toplaşıblar.

İsrail ordusu qoşunlarının Qəzzanın mərkəzinə əmliyyatları davam etdirdiyini bildirib. Orada döyüş təyyarələri Zeytun ərazisində militantların hüceyrəsinə zərbə endirib.

Qəzzanın cənubunda Misirlə sərhəddə yerləşən Rəfahda şahidlər helikopterin yandığını bildirib, HƏMAS-ın silahlı qolu isə militantlarının Tal al-Sultan məhəlləsində İsrail əsgərlərinə minaatanlardan atəş açıqlarını deyib.

Müharibə HƏMAS-ın oktybarın 7-də İsrailin cənubuna hücum edərək, İsrail ordusunun bildirdiyinə görə, əksəriyyəti mülki vətəndaşlar olmaqla 1194 nəfərin ölümünə səbəb olmasından sonra başlayıb.

Militantlar həmçinin 251 nəfəri girov götürüb. Onlardan 116-sı hələ də Qəzzadadır, ancaq ordu 41-nin artıq öldüyünü bildirir.

HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi bildirir ki, İsrailin cavab olaraq etdiyi hücum nəticəsində Qəzzada, əksəriyyəti mülki şəxslər olmaqla, ən azı 37 266 nəfər ölüb.

Nazirlik cümə günü bildirib ki, bu rəqəmlərə son 24 saatda öldürən 34 nəfər də daxildir.

Sərhəddə eskalasiya

Livanda qərargahlanan və İran tərəfindən dəstəklənən, HƏMAS-la müttəfiq olan Hizbullah döyüşçülərinin İsrailin hərbi hədəflərinə qarşı raket, dron hücumları enirməsindən sonra Yaxın Şərqdə münaqişənin genişlənməsinə dair narahatlıqlar yenidən artıb.

Hizbullah bildirib ki, çərşənbə günündən bəri endirilən intensiv zərbələr İsrailin komandirlərinin birini öldürməsinə görə qısasdır.

İsrailin şimalında sirena səsləri eşidilib. Polis sursatların Kiryat Şmona bölgəsinə düşdüyünü, itkilər barədə məlumat verilmədiyini bildirib.

Ordu bildirib ki, “Livandan təxminən 35 mərminin atıldığı müəyəyn edilib.” Onlardan “bir neçəsinin” qarşısı alınıb, bəziləri isə yanğına səbəb olub.

Ordunun məlumatına görə, İsrail qüvvələri atəşlə cavab verib və sərhədin digər tərəfində “Hizbullahın terror infratrukturuna” havadan zərbələr elan edib.

Kənd rəsmisi Həssən Şur bildirib ki, Livanın cənubunda Cənnətəyə zərbə nəticəsində iki qadın həlak olub. Bu, Qəzzada müharibə başlayandan bəri Hizbullahla İsrail ordusu arasında demək olar hər gün baş verən atışmə nəticəsində qeydə alınan ən son tələfat hallarıdır.

Fransa Prezidendti Emmanuel Makron cümə axşamı bildirib ki, onun ölkəsi və ABŞ gərginliyi azaltmaq üçün İsrail və Livan rəsmiləri ilə ayrı-ayrı danışıqlar aparacaq.

Müdafiə naziri Yoav Qallant keçən ay İsrail şirkətlərinin silah ticarəti sərgisinə qatılmasının qarşısı alan Fransanın “İsrailə qarşı düşmənçilik siyasətini” qınayaraq təşəbbüsü rədd edib.

Ancaq İsrail baş nazirinin ofisi və xarici işlər nazirliyinin yüksək vəzifəli rəsmiləri deyib ki, Qalantın söylədikləri

Forum

XS
SM
MD
LG