Accessibility links

ABŞ ordusu bir dənizçinin itkin düşməsindən sonra Yəməndə husilərin radar obyektlərinə zərbələr endirib


Husi tərəfdarları Sənada İsrail və ABŞ əleyhinə etirazlarda iştirak edirlər. 14 iyun, 2024.
Husi tərəfdarları Sənada İsrail və ABŞ əleyhinə etirazlarda iştirak edirlər. 14 iyun, 2024.

Rəsmilərin şənbə günü verdiyi məlumata görə, husilərin ticarət gəmisinə hücumu nəticəsində bir dənizçisinin itkin düşməsindən sonra, Birləşmiş Ştatlar ordusu Qırmızı dəniz dəhlizində gəmilərə hücumları səbəbilə Yəmənin husi üsyançılarının idarə etdiyi radar obyektlərini hədəf alan bir sıra hücumlar həyata keçirib.

Hücumlar ABŞ Dəniz Donanması husilərin kampaniyası ilə mübarizə aparmağa çalışarkən İkici dünya müharibəsindən bəri ən şiddətli döyüşlərlə üzləşdiyi bir vaxta təsadüf edir. Üsyançılar hücumlarının Qəzza zolağında İsrail-HƏMS müharibəsinə son qoymaq məqsədi daşıdığını bildirir. Ancaq İranın dəstəklədiyi üsyançıların hücumları adətən müharibə ilə heç bir əlaqəsi olmayan gəmilər və dənizçiləri hədəf alır. Bu arada isə Asiya, Avropa və Yaxın Şərq arasında yük və enejri daşımaları üçün mühüm olan dəhlizdə nəqliyyat ikiqat azalıb.

Ordunun Mərkəzi Komandanlığının verdiyi məlumata görə, ABŞ-ın hücumları nəticəsində husilərin nəzarət etdiyi ərazidə yeddi radar məhv edilib. Mərkəzi Komandanlıq obyektlərin necə məhv edildiyini bildirməyib və The Associated Press-in şərh istəyinə dərhal cavab vemrəyib.

“Bu radarlar husilərə gəmiləri hədəf almağa və yük daşımalarını təhlükəyə atmağa imkan verir,” Mərkəzi Komandanlıq bəyanatında bildirib.

ABŞ bundan əlavə Qırmızı dənizdə bomba yüklənmiş iki pilotsuz gəmini, habelə husilərin atdığı dronu məhv edib.

2014-cü ildən bəri Yəmənin paytaxı Sənaya nəzarət edən husilər nə zərbələri hə də hər hansı hərbi itkinin olduğunu etiraf etməyib. ABŞ üsyançıları hədəf alan hava zərbələri endirməyə başlayandan bəri bu belədir.

Bu arada isə Mərkəzi komandanlıq bildirib ki, Liberiya bayrağı altında üzən Yunanıstana məxsus toplu yük daşıyıcısı “Tutor”un bir dənizçisi çərşənbə günü hüsilərin bomba daşıyan pilotsuz gəmisinin hücumundan sonra itkin düşüb.

“Ekipaj üzvləri gəmini tərk edib və onlar USS Philippine Sea və tərəfdaş qüvvələr tərəfindən xilas ediliblər,” Mərkəzi Komandanlıq bildirib. “Tutor” hələ də Qırmızı dənizdədir və yavaş-yavaş içinə su dolur.

ABŞ-ın Dəniz Administrasiyasının məlumatına görə, husilər noyarb ayından bəri gəmilərə 50-dən çox hücum həyata keçirib, üç dənizçini öldürüb, bir gəmini ələ keçirib, bir başqasını batırıb. ABŞ-ın başçılıq etdiyi hava hücumları kampaniyası yanvar ayından başlayaraq husiləri hədəf alıb və üsyançıların dediyinə görə, mayın 30-da bir sıra zərbələr endirərək, ən azı 16 nəfəri öldürüb, 42 nəfəri yaralayıb.

Qəzzanın səhiyyə rəsmilərinin məlumatına görə, Qəzza zolağında davam edən müharibə nəticəsində orada 37 mindən çox fələstinli həlak olub, İrailin İordan çayının qərb sahilində apardığı əməliyyatlar nəticəsində isə əlavə yüzlərlə insan ölüb. Müharibə HƏMAS-ın başçlıq etdiyi militantların oktyabrın 7-də İsrailə hücum edərək, təxminən 1200 nəfəri öldürüb, 250 nəfəri girov götürməsindən sonra başlayıb.

Forum

XS
SM
MD
LG