Accessibility links

Rusiya qüvvələri təcridxanaya hücum edərək, girov götürənləri öldürüb


Bazar günü təhlükəsizlik qüvvələri Rusiyanın cənubundakı təcridxanaya basqın edərək iki əməkdaşını girov götürən məhbusları öldürüb.

“RİA Novosti” Rusiyanın Federal Penitensiar Xidmətinə istinadən xəbər verir ki, Rostov-na-Donudakı istintaq təcridxanasında girovlar xəsarət almayıb.

Digər yerli xəbər agentlikləri isə məhbuslardan ən azı bir neçəsinin öldürüldüyünü yazıb.

Daha əvvəl TASS dövlət xəbər agentliyi hüquq-mühafizə orqanlarındakı adı açıqlanmayan mənbələrə istinadən bildirib ki, Rostov vilayətinin 1 saylı İstintaq Təcridxanasının mərkəzi həyətində qələm bıçaq, rezin dəyənək və yanın baltası ilə silahlanmış altı girov götürülüb.
Məlumata görə, məhbuslar arasında İslam Dövləti qruplaşması ilə əlaqədə ittiham olunan kişilər var.

İŞİD son illər Rusiya ərazisinə bir sıra hücumlar həyata keçirib, o cümlədən mart ayında silahlı şəxslərin Moskva ətrafındakı konsert salonunda izdihamı atəşə tutması 145 nəfərin ölümünə səbəb olub.

Forum

XS
SM
MD
LG