Accessibility links

Taliban Əfqanıstanla bağlı Doha toplantısında iştirak etməyə razılıq verib


Əfqanıstanın Taliban hökuməti bazar günü bildirib ki, iyunun 30-da Qətərin paytaxtı Dohada başlayacaq Birləşmiş Millətlər Təşkilatının Əfqanıstan üzrə iki günlük konfransına nümayəndə heyəti göndərəcək.

Bu, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreşin bir il əvvəl Talibanla əlaqədə ardıcıl və vahid dünya yanaşmasını inkişaf etdirmək məqsədi daşıyan prosesə başlamasından bəri faktiki Əfqanıstan hökkumətinin Əfqanıstan üzrə beynəlxalq elçilərin toplantısında ilk iştirakıdır.

Talibanın baş sözçüsü Zabihullah Mücahid bazar günü Əfqanıstan televiziya kanalına bildirib ki, onların hökuməti üçüncü Doha konfransının gündəliyi ilə bağlı daxili müzakirələr aparıb və iştirak etməyə razılıq verib.

BMT bəyan edib ki, üçüncü Doha görüşünün məqsədi “daha ardıcıl, əlaqələndirilmiş və strukturlaşdırılmış şəkildə” Taliban və bütövlükdə Əfqanıstanla beynəlxalq əlaqəni artırmaqdır.

Fundamentalist Taliban ikinci Doha toplantısı öncəsi BMT-dən xahiş etmişdi ki, öz nümayəndələrini yalnız ölkənin rəsmi nümayəndələri kimi tanısınlar. Bu o demək idi ki, Əfqanıstan vətəndaş cəmiyyəti liderləri və qadın haqları fəallarının iştirakına icazə verilməyəcək. Taliban səlahiyyətliləri həmçinin öz nümayəndə heyəti ilə BMT arasında “çox yüksək səviyyədə” görüş keçirməyə çalışıb.

BMT-nin baş katibi Antonio Quterreş şərtləri rədd edib.

Beynəlxalq ictimaiyyət Taliban hökumətini tanımır, çünki onun bir çox yüksək səviyyəli liderləri terrorizmlə bağlı BMT sanksiyaları altındadır.

Bazar günü Taliban elanı Əfqanıstan və qlobal hüquqlar üzrə müşahidəçilərin Doha görüşündə qadınların və qızların hüquqlarının müzakirələrin mərkəzində qadınların təmsil olunmasını təmin etmək üçün davamlı çağırışları fonunda gəlir.

Taliban təxminən üç il əvvəl Əfqanıstanda yenidən hakimiyyətə gələrək, İslamın sərt şərhlərinə uyğun olaraq qadınların təhsil və bütövlükdə ictimai həyat hüququna ciddi məhdudiyyətlər qoyub.

12 və daha yuxarı yaşda olan əfqan qızların orta məktəbə getməsi, qadınların isə Əfqanıstan səhiyyəsi və bir sıra digər sektorlar istisna olmaqla, dövlət və özəl iş yerlərində, o cümlədən BMT-də işləməsinə qadağa qoyulub. Qadınlara yaxın kişi qohumunun müşayiəti olmadan uzun məsafələrə avtomobil və ya hava yolu ilə getməyə icazə verilmir və parklar, idman zalları və hamamlar kimi ictimai yerlərə getmələri qadağandır.

“Taliban” hərəkatının ali lideri Hibətullah Axundzadə qadınlara qoyulan məhdudiyyətlərə dair beynəlxalq tənqidləri rədd edib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG