Accessibility links

Müsəlmanlar Qurban bayramını qeyd edərkən Həcc ziyarətinə gedən zəvvarlar “şeytanı daşlayıb”


Bazar günü dünya müsəlmanlarının Qurban bayramını qeyd etdiyi bir vaxt zəvvarlar Səudiyyə Ərəbistanının qərbində Həccin sonuncu böyük ayinini - "şeytanın daşa basılmasını" həyata keçirib.

Bu il Həcc ziyarətinə gedən 1,8 milyon müsəlman sübh çağından başlayaraq İslamın ən müqəddəs şəhəri Məkkədən kənarda yerləşən Mina vadisində şeytanı simvolizə edən üç beton divarın hər birinə yeddi daş atıb.

Şənbə günü zəvvarların saatlarla açıq havada namaz qıldığı Ərəfatda temperatur 46 dərəcəyə çatıb. Rəsmi Səudiyyə Mətbuat Agentliyinin məlumatına görə, ərazidəki bir müalicə mərkəzində 225 istilik stressi və yorğunluq halı qeydə alınıb.

Bu rəqəm ötən illə müqayisədə böyük deyil. Səhiyyə Nazirliyinin sözçüsü AFP-yə bildirib ki, keçən il Həcc zamanı 10 000-dən çox istiliklə bağlı xəstəlik qeydə alınıb ki, bunların 10 faizi istilik vurması olub.

Həcc ziyarətini bütün müsəlmanlar vasitəsi ilə ən azı bir dəfə yerinə yetirməlidir.

Builki 1,8 milyon zəvvar rəqəmi keçənilki ilə eynidir və Səudiyyə rəsmiləri şənbə günü onların 1,6 milyonunun xaricdən gəldiyini bildirib.

Builki Həcc və Qurban bayramı Qəzza zolağında İsrail və Fələstinin HƏMAS silahlı qruplaşması arasında gedən müharibə ilə kölgə altına alınıb.

Səudiyyə rəsmiləri Həcc ziyarəti zamanı heç bir siyasi şüarın qəbul edilməyəcəyi barədə xəbərdarlıq edib. Bu, bir çox dindarın fələstinlilərlə həmrəylik ifadə etməsinə mane olmayıb.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG