Accessibility links

İran Böyük Yeddilər qrupunun nüvə proqramının genişləndirilməsi ilə bağlı bəyanatını tənqid edib


Nasir Kənani
Nasir Kənani

İranın xarici işlər nazirinin sözçüsü Nasir Kənani Böyük Yeddilər qrupu - G7-nin İranın nüvə proqramının son eskalasiyasını pisləyən bəyanatına istinad edərək İranın bazar günü qrupun liderlərini “keçmişin dağıdıcı siyasətlərindən” uzaq durmağa çağırdığını bildirib.

Cümə günü G7 İrana nüvə zənginləşdirmə proqramını irəlilətməməsi barədə xəbərdarlıq edib və Tehranın Rusiyaya ballistik raketlər verəcəyi təqdirdə yeni tədbirlər görməyə hazır olacağını bildirib.

"Ukraynada müharibəni İran və Rusiya arasında ikitərəfli əməkdaşlıqla əlaqələndirmək cəhdi yalnız qərəzli siyasi məqsədlər daşıyan bir hərəkətdir", Kənani deyib və əlavə edib ki, bəzi ölkələr İrana qarşı "sanksiyaları davam etdirmək üçün yalan iddialara əl atır".

Keçən həftə BMT-nin nüvə təhlükəsizliyinə nəzarət orqanının 35 ölkədən ibarət rəhbərlər şurası İranı nəzarətçi təşkilatla əməkdaşlığı gücləndirməyə və müfəttişlərə qoyduğu qadağaları ləğv etməyə çağıran qətnamə qəbul edib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatına görə, İran Fordo ərazisində uranı sürətlə zənginləşdirərək, əlavə sentrifuqalar quraşdırıb və digərlərini də qurmağa başlayıb.

Kənani Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə “konstruktiv qarşılıqlı fəaliyyəti və texniki əməkdaşlığı” davam etdirəcəyini deyib, lakin onun qətnaməsini “siyasi baxımdan qərəzli” adlandırıb.

İran hazırda uranı 60% saflığa qədər zənginləşdirir ki, bu, silah istehsalı səviyyəsi üçün tələb olunan 90%-ə yaxındır və Beynəlxalq Atom Enerjisi Agentliyinin meyarlarına uyğun olaraq, bundan sonra da uranın zənginləşdirilməsinə davam edərsə, üç nüvə silahı başlığı üçün kifayət qədər zənginləşdirilmiş materiala malikdir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG