Accessibility links

Rusiyada həbsdə olan amerikalı jurnalist Evan Gerşkoviç bağlı qapılar arxasında mühakimə olunacaq


Amerikalı jurnalist Evan Gerşkoviç iyunun 26-da Yekaterinburqda bağlı qapılar arxasında məhkəmə qarşısına çıxarılacaq.

Bu barədə bazar ertəsi Rusiya mətbuatı məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Rusiya hakimiyyəti 32 yaşlı Gerşkoviçi keçən mart ayında casusluqda ittiham ilə həbs edib. ABŞ hökuməti və jurnalistin işlədiyi Wall Street Journal qəzeti ona qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edir.

Ötən cümə axşamı Rusiya Baş Prokurorluğu ittiham aktını təsdiqlədiyini və Gerşkoviçin işini birinci instansiya məhkəməsinə göndərdiyini açıqlayıb. Günahı sübuta yetirilərsə, onu 20 ilə qədər həbs gözləyir.

İşə Sverdlovsk Vilayət Məhkəməsində baxılacaq. Məhkəmənin keçirildiyi yer Yekaterinburqdur. Həbs olunduğu gündən bir ildən artıqdır ki, Gerşkoviç Moskva Lefortovo həbsxanasındadır. Onun həbsdə saxlanma müddəti dəfələrlə uzadılıb.

Kreml bazar ertəsi bildirib ki, Gerşkoviçin iştirakı ilə mümkün məhbus mübadiləsi ilə bağlı təmaslar baş tutub, lakin məsələ ilə bağlı məlumat açıqlanmayacaq.

Rusiya hakimiyyəti ondan çox ABŞ vətəndaşını dəmir barmaqlıqlar arxasında saxlayır. Onların arasında Gerşkoviçdən başqa, keçmiş dəniz piyadası Pol Uilan və Azad Avropa/Azadlıq Radiosunun jurnalisti Alsu Kurmaşeva da var.

ABŞ, Böyük Britaniya, İrlandiya və Kanada vətəndaşlığına malik olan Uilan 2018-ci ildə həbs edilib və daha sonra casusluq ittihamı ilə 16 il həbs cəzasına məhkum edilib. Uilan ona qarşı irəli sürülən ittihamları rədd edir.

Kurmaşeva oktyabr ayında Kazanda yaşlı anasını ziyarət edərkən həbs edilib. Hakimiyyət onu əvvəlcə xarici agent kimi qeydiyyatdan keçməməkdə ittiham edib, sonra isə onu Rusiya ordusu haqqında 15 ilə qədər həbs cəzası nəzərdə tutan “saxta” məlumatlar yaymaqda ittiham edib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG