Accessibility links

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyaya səfər edir


Vladimir Putin.
Vladimir Putin.

Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı Şimali Koreyaya səfər edir. Rusiya mətbuatının məlumatına görə, onun orada Moskvanın Pxenyanla əməkdaşlığını genişləndirən saziş imzalayacağı gözlənilir.

Rusiya xəbər agnetliyi TASS bildirir ki, Putin iki günlük səfəri çərçivəsində Şimali Koreya lideri Kim Conq Unla hərtərəfli strateji əməkdaşlıq razılığı imzalamağa qərar verib.

Xəbərdə sənədlə bağlı təfərrütlar verilməsə də, xəbər agentliyi daha öncə Putinin xarici siyasət üzrə müşavirində sitat gətirərək, onun böyük ehtimalla müdafiə məsələlərini əhatə edəcəyini bildirib.

Şimali Koreya dövlət mediasında yayımlanan məktuba əsasən, bundan öncə çərşənbə axşamı Putin hər iki ölkə “coxtərəfli tərəfdaşlıqları”nı genişləndirdiyi bir vaxtda sanksiyalara qarşı mübarizə aparmaq üçün Şimali Koreya ilə işləməyə söz verib.

Həmin məktubda Putin bildirib ki, iki ölkə “Qərbin nəzarət etmədiyi” ticarət mexanizmləri inkişaf etdirəcək və “qeyri-legitim birtərəfli məhdudiyyətlərə birgə qarşı çıxacaqlar.”

Rusiya uzun müddətdir Şimali Koreyanı dəstəkləyir. İki ölkə arasında münasibətlər ara-sıra təlatümlü olsa da, hər iki ölkə son zamanlarda, xüsusilə də Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi müdaxiləsindən sonra birlikdə işləmək üçün daha çox səbəb tapıb.

ABŞ rəsmiləri deyir ki, Şimali Koreya Rusiyanı Ukraynada döyüş meydanında istifadə üçün 11 min konteyner sursatla, habel balistik raketlərdə təmin edib. Ancaq həm Şimali Koreya, həm də Rusiya bu cür silah sazişlərinin olduğunu təkzib edir, baxmayaraq ki, çox sayda müstəqil müşahidəçi Şimali Koreya solahlarının Ukrayna qüvvələrinə qarşı istifadə edildiyini sənədləşdirib.

“Çox güman ki, Moskva və Pxenyan beynəlxalq qanunu pozduqlarını inkar etməyə davam edəcəklərŞ amma onlar qanunsuz fəaliyyətlərini gizlətməkdən əməkdaşlıqları ilə öyünməyə keçiblər,” Seulda yerləşən Evha Universitetinin professoru Leif-Erik İzli deyib.

ABŞ rəsmiləri Rusiyanın Şimali Koreyanın nüvə proqramını qabaqcıl silah və ya başqa yardımla təmin edə biləcəyinə dair narahatlıqlarını ifadə ediblər.

Ötən sentybar ayında Kim Rusiyanın şərqində bir neçə hərbi obyekti ziyarət edərkən çox sayda qabaqcıl rus silahlarını yoxladığı zaman bu narahatlıqlar daha da artıb.

Forum

XS
SM
MD
LG