Accessibility links

Rusiya və ya Qərb - Gürcüstanın demokratik gələcəyi uğrunda mübarizə


Rusiya və ya Qərb - Gürcüstanın demokratik gələcəyi uğrunda mübarizə
please wait

No media source currently available

0:00 0:03:35 0:00

Keçən il Avropa İttifaqı Gürcüstana rəsmi namizəd statusu versə də, analitiklər bildirirlər ki, ölkənin ən zəngin adamının başçılıq etdiyi hökumət 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Rusiyaya üz tutub. Tənqidçilər xəbərdarlıq edirki, Gürcüstanın demokratik gələcəyi oktyabrda keçiriləcək seçkilərdə təhlükə altına alına bilər.

Gürcülər onu “şüşə qala” adlandırırlar. Tbilisiyə baxan, köpəkbalığı akvariumu və helikopter meydançası olan əlli milyon dollarlıq malikanə Gürcüstanın ən zəngin oliqarxı və hakim “Gürcü arzusu” partiyasının qurucusu, milyarder Bidzina İvanişvilinin evidir.

“İvanişvili bu ölkənin əsl hökmdarıdır. O, Gürcüstan ÜDM-nin üçdə birinə sahibdir və 90-cı illərin sonunda Rusiyada var-dövlət qazanıb. O, hələ də ofşor şirkətləri vasitəsilə Rusiyada maraqlarına malikdir - təkcə özü deyil, həm də ailə üzvləri. Belə bir şəxsdən Gürcüstanın Aİ və NATO-ya üzv olması üçün hər şeyi edəcəyini gözləmək reallıqdırmı? Mən belə düşünmürəm”, Transparency International Georgia təşkilatından Eka Giqauri bildirib.

Qərbin bir hissəsi və ya Rusiyanın geosiyasi orbitində - Gürcüstanın gələcəyi uğrunda Tbilisi küçələrində mübarizə gedir. Rusiyada olduğu kimi “xarici agent” adlanan qanun oktyabr seçkiləri ərəfəsində müxalifəti gücləndirib. Hökumət əleyhinə etirazçılar Ukraynanın Rusiya hökmranlığına qarşı mübarizəsində onunla həmrəylik nümayiş etdirir. Etirazlar İvanişvilini diqqət mərkəzində olmağa məcbur edib. Aprel ayında hökumətyönlü mitinqdə o, Qərbin “qlobal müharibə partiyasının” Gürcüstana müdaxilə etdiyini deyib.

“Rusiyanın Ukraynaya hücumu onu daha aydın şəkildə tərəf tutmalı olduğu yerə qoyub. O, istəmədi, amma sonda daha çox Rusiyaya tərəf getdi, baxmayaraq ki, “Gürcü arzusu” bunu açıq deməyə yox, gizlətməyə çalışir. İvanişvili strateji qərar verdi ki, Rusiya bu müharibədə qalib gəlir, ona görə də onun gördüyü kimi qalibin, gələcək qalibin yanında qalmalıyıq”, İlia Dövlət Universitetinin siyasi təhlilçisi Gia Nodia deyib.

Tənqidçilər deyirlər ki, “Gürcü arzusu” partiyası insanların qorxularından istifadə edir. Onların arasında hökumət kampaniyalarını izləyən qeyri-hökumət təşkilatı İdarəetmə Monitorinq Mərkəzindən Aka Zarkua da var.

“Hazırda əsas təbliğat xətti “əgər biz hakimiyyətdən getsək, Rusiya ilə müharibə qaçılmaz olacaq. Onlar Qərbi və Qərb ölkələrini, xüsusən də ABŞ və Avropa İttifaqını gürcülərin ənənəvi maraqlarının və ailə dəyərlərinin bir növ düşməni kimi göstərməyə çalışırlar”.

Hökumət tərəfdarları bu cür ittihamları rədd edirlər. Fridon İnjia Avropa Sosialistlər Partiyasının hökumətyönlü deputatıdır. O, Gürcüstan hökumətinin hazırda əsas məqsədinin sülhü qorumaq olduğunu deyir.

“Gürcüstan hökumətinin indi əsas məqsədi sülhü qorumaqdır”.

Müxalifət deyir ki, Qərb “Gürcü arzusu”nun həqiqətən sadiq olduğuna daha müdrik yanaşmalıdır.

“Bu, diqqətin olmamasıdır. Gürcüstanda baş verənlərin Rusiya ilə daha böyük qarşıdurmanın bir hissəsi olduğunun başa düşülməməsidir”- deyə, Avropa Gürcüstan Partiyasının sədri Giqa Bokeria bilsirib.

Təhlilçilər deyir ki, “xarici agent”qanunu oktyabr seçkilərində hakimiyyət dəyişikliyinə məcbur etmək əzmində olan gənc nəsilləri siyasiləşdirib.

Digərləri İvanişvilinin hiyləgər siyasi operator kimi mübarizə aparmadan hakimiyyətdən əl çəkməyəcəyini deyir.

Forum

XS
SM
MD
LG