Accessibility links

Şimali Koreya və Rusiya qarşılıqlı müdafiə müddəasının olduğu saziş imzalayıb


Vladimir Putin və Kim Conq Un
Vladimir Putin və Kim Conq Un

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Conq Un çərşənbə günü elan edib ki, Şimali Koreya və Rusiya Putinin Pxenyana səfəri çərçivəsində birgə müdafiə müddəasının olduğu saziş imzalayıblar.

Putin və Kim bir gün bir sıra tədbirlərdə iştirak edəndən sonra “hərtərəfli strateji əməkdaşlıq razılığı” imzalayaraq, Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi müdaxiləsindən sonra artan münasibətləri rəsmi olaraq genişləndirib.

Razılığın mətni açıqlanmayıb. Ancaq Rusiyanın İnterfaks xəbər agentliyinin məlumatına görə, Putin onu imzalayandan sonra razılığa “tərəflərdən birinə qarşı təcavüz halında qarşılıqlı yardımın göstərilməsini təmin edən” bəndin daxil olduğunu söyləyib.

Bu, Rusiyanın Şimali Koreyaya qarşı siyasətində əhəmiyyətli dəyişikliyə bərabərdir və potensial olaraq Sovet İttifaqının süqutundan sonra ləğv edilən birgə müdafiə sazişini bərpa edir.

İmzalama mərasimindən sonra Kim əməkdaşlığın “ittifaq” səviyyəsinə yüksəldiyini desə də, Putin ictimai çıxışlarında bu ifadədən istifadə etməyib.

Kremlin rəsmi məlumatına əsasən, Putin qeyd edib ki, Rusiya “Koreya Demokratik Xalq Respublikası ilə müdafiə və texnologiya sahəsində əməkdaşlığın daha da inkişaf etdiriləcəyini istisna etmir”.

Bunun Qərb liderlərində narahatlıq doğuracağı gözlənilir. Onlar Rusiya-Şimali Koreya əməkdaşlığının beynəlxalq qanunu pozduğunu deyərək, tənqid ediblər. ABŞ rəsmiləri Şimali Koreyanı Rusiyanı Ukraynakı döyüş meydanında istifadə üçün minlərlə konteyner sursat, o cümlədən ballistik raketlərlə təmin etməkdə ittiham edir.

“Kim Conq Un Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə yardımından bizim gözlədiyimizdən daha çox güzəşt əldə edə bilib”, Koreya üzrə müttəxəssis və London Kral Kollecinin beynəlxalq münasibətlər professoru deyib.

Bu addım Moskva ilə Pxenyan arasında Sovet dövründəki münasibətləri canlandırmaq cəhdi kimi görünür, baxmayaraq ki, bəzi analitiklər əlaqələrin o səviyyəyə çatdığından əmin deyillər.

“Aydındır ki, bu, vacib bir inkişafdır, amma mən düşünürəm ki, biz bu münasibətdə müəyyən bir dəyişiklik olduğunu söyləmək üçün bir neçə il ərzində bu münasibətlərin möhkəm təməl üzərində davam etdiyini görməliyik”, Paçeko Pardo deyib.

Forum

XS
SM
MD
LG