Accessibility links

Ərdəbil vilayətində aylardır maaş almayan fəhlələr tətil və yürüş keçirib


Nəmin şəhərində işçilərin yürüşü (Mənbə: Abbas Lisani Telegram kanalı)
Nəmin şəhərində işçilərin yürüşü (Mənbə: Abbas Lisani Telegram kanalı)

Ərdəbil vilayətində aylardır maaş və digər ödənişlərini ala bilməyən bir qrup fəhlə işi buraxaraq piket və yürüş təşkil ediblər.

Sosial şəbəkələrdə yayılan xəbər və görüntülərə əsasən Nəmin şəhərində Arta Sənaye Qrupunun işçiləri iyun ayının 18-də şirkətin ofisindən Nəmin şəhər icra hakimiyyətinə doğru yürüş ediblər.

Abbas Lisani Telegram kanalı və İran İşçilərinin Azad Birliyi kimi mənbələrin yaydığı görüntülərdə çox sayda işçinin yürüşə qatıldığı görünür.

İşçilərin üç aydır maaş almadıqları səbəbilə aksiya keçirdiyi bildirilir.

“Arta Sənaye Qrupuna çalışan işçilər iyun ayının 18-də öncə qrupun inzibati binasının öncündə toplaşıb ancaq zavodun sahibinin cavabdeh olmadığı üçün şəhər icra hakimiyyətinə doğru yürüş keçiriblər. İcra hakimiyyətin qarşısında piket keçirməyə davam edən işçilər məsullardan onların vəziyyətinə diqqət yetirmələrini tələb ediblər,” Abbas Lisani Telegram kanalı bildiirb.

Aksiya keçirən işçilər problemlərinə diqqət yetirilmədiyi təqdirdə etiraz aksiyaları təşkil etməyə davam edəcəklərini bildirib.

Forum

XS
SM
MD
LG