Accessibility links

Silah mövzusu amerikalı seçiciləri ikiyə bölməyə davam edir


Silah mövzusu amerikalı seçiciləri ikiyə bölməyə davam edir
please wait

No media source currently available

0:00 0:02:15 0:00

ABŞ prezident seçkiləri təşviqat kampaniyasında silah mövzusu amerikalıları ikiyə bölməyə davam edir. Co Bayden hücum silahlarına qadağa tətbiq etmək istəyir. Rəqibi Donald Tramp isə deyir ki, Bayden silah sahiblərinin konstitusiyada müəyyən edilmiş hüquqlarına təhdiddir.

ABŞ prezidenti Co Bayden Vaşinqtonda silaha nəzarət fəaları qarşısında çıxış edərək, silah qanunlarının sərtləşdirilməli olduğunu dedi.

ABŞ prezidenti Co Bayden: “Biz geri çəkilməyən silah lobbisinin, silah istehsalçılarının və çox sayda siyasətçilərin sağlam düşüncəyə uyğun silah qanunivericiliyə müqavimətini aşmalıyıq”.

Bayden hücum silahlarına qarşı federal qadağa çağırış edib və Respublikaçı həmkarlarını silah cinayətləri ilə mübarizəyə cavabdeh olan büronun bağlamaq cəhdinə görə tənqid etdi.

ABŞ prezidenti Co Bayden: “Sən hüquq-mühafizə tərəfdarı olduğunu deyib və silahlara nəzarət qurumunun ləğvinin lehinə ola bilməzsən. Bu, mümkün deyil. Bu, ağlasığmazdır”.

Pew Tədqiqat Mərkəzi amerikalıların təxminən üçdə birinin silaha malik olduğunu bildirir.

Donald Tramp may ayında ABŞ-ın ən böyük silah lobbisinə Baydenin silahları əldən almaq istədiyini dedi.

Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Tramp: “Əgər Bayden rejimi daha dörd il qalsa, onlar silahların dalıyca gələcəklər. 100 faiz əminliklə”.

Tramp deyir ki, ABŞ Konstitusiyasının İkinci Düzəlişinin verdiyi silah hüquqları onun seçilməsi ilə qorunacaq. Amma Bayden seçilsə, təhlükədə olacaq.

Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Tramp: “Onlar qalib gəlsələ bizim ölkəmiz müxtəlif yerlərdən məhv ediləcək. Amma İkinci Düzəliş hədəf altındadır. Amma mən olsam, bunu edə bilməyəcəklər.”

Tramp Milli Tüfənq Assosiasiyasına silah sahiblərinin noyabr seçkilərində qalib gələcəyini dedi.

Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Tramp: “Bu insanlar böyük vətənpərvərdirlər. Gözəl insanlardır. Biz heç kimin inana bilmədiyi şeylər edəcəyik. Biz bu seçkilərin heç kimin görmədiyi səviyyədə qazanacağıq.”

Bayden isə deyir ki, Trampın silaha nəzarət tarixçəsi onu yenidən seçməmək üçün səbəbdir.

ABŞ prezidenti Co Bayden: “Mənim sələfim Milli Tüfəng Assosiasiyasının qurultayında silahlarla bağlı heç nə etmədiyindən qürur duyduğunu dedi. Və heç nə etməməklə o, vəziyyəti daha pis edib.”

Bayden silaha nəzarət haqda oğlu Hanterin qeyri-qanuni silah alması işində məhkum olunan gün danışıb.

O, oğlunun məhkumluğu haqda danışmasa da, yazılı bəyanat verərək, məhkəmə qərarına hörmət etdiyini və qərarı qəbul edəcəyini bildirib. Hanter Bayden ABŞ tarixində məkumluğu olan ilk prezident övladıdır. Sentyabr ayında o yenidən məhkəmə önünə çıxacaq. Bu dəfə vergi saxtalaşdırılması ittihamı üzrə.

Forum

XS
SM
MD
LG