Accessibility links

Gecə hücumu Ukraynanın elektrik obyektlərinə ziyan vurub


Müharibə ilə əlaqədar elektrik enerjisi çatışmazlığı səbəbiylə elektrik enerjisinin kəsilməsini elan edəndən bir gün sonra Rusiyanın gecədə kütləvi raket və dron hücumu Ukraynanın bütün enerji obyektlərinə ziyan vurub.

Ukraynanın milli enerji provayderi "Ukrenergo" cümə axşamı səhər saatlarında istilik stansiyasına gecə hücumunun ciddi dağıntılara səbəb olduğunu və üç işçinin yaralandığını bildirib.

"Vinnitsa, Dnepropetrovsk, Donetsk, Kyiv vilayətlərindəki obyektlərdəki avadanlıqlar zədələnib", -"Ukrenerqo"nun bəyanatında deyilir.

Çərşənbə günü Ukrenergo bütün ölkə ərazisində saatlıq işıqlandırmanın tətbiq ediləcəyini açıqlayıb.

Prezident Vladimir Zelenski bu ayın əvvəlində Rusiyanın pilotsuz təyyarələri və raket zərbələrinin Ukraynanın enerji istehsal imkanlarını keçənilki ilə müqayisədə yarıya endirdiyini deyib.

Gündəlik müraciətində Zelenski hökumət rəsmilərinin vəziyyəti yaxşılaşdırmaq üçün yollar axtardığını bildirib.

“Biz istilik mövsümünün daha etibarlı keçməsini təmin edəcək və insanlara enerji çatışmazlığı və kəsintilər baxımından bu son dərəcə çətin dövrdən çıxmaq üçün daha çox imkan verəcək həllər hazırlayırıq” deyib.

Ukrayna Hərbi Hava Qüvvələri cümə axşamı günü hücum zamanı Rusiyanın Ukraynanın 10 bölgəsində atdığı 9 raketdən beşini və 27 pilotsuz aparatın vurulduğunu bildirib. Hərbçilər deyib ki, Rusiya daha çox Ukraynanın şərqini, xüsusilə Dnepropetrovsk bölgəsini hədəf alıb.

Dnepropetrovsk qubernatoru hücumda 3 nəfərin yaralandığını və 7 evə ziyan dəydiyini bildirib.

Rusiyanın cənub Krasnodar vilayətinin qubernatoru bildirib ki, gecə ərzində Ukrayna pilotsuz təyyarəsi neft anbarlarını hədəf alıb. Qubernator Venyamin Kondratyev bildirib ki, Slavyansk-na-Kubani şəhərinə hücum zamanı bir qadın ölüb.

Forum

XS
SM
MD
LG