Accessibility links

Polis zorakılığına etiraz edən Cəbrayıl Pakruh məhkəməyə çağırılıb


Şərqi Azərbaycan vilayətinin Baş Ədliyyə İdarəsi
Şərqi Azərbaycan vilayətinin Baş Ədliyyə İdarəsi

Polis qüvvələrinin zorakı rəftarına etiraz etdiyi üçün "yalan məlumat yaymaq"da ittiham olunan Təbriz sakini Cəbrayıl Pakruh Təbriz şəhərinin Ümumi və İnqilab Məhkəməsinə çağırılıb.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) verdiyi məlumata görə, məhkəmə tərəfindən göndərilən çağırışa əsasən, Pakruh Təbriz Ümumi və İnqilab Prokurorluğunun 1-ci istintaq şöbəsinə getməlidir.

Cəbrayıl Pakruh xəstəxana çarpayısında çəkdirdiyi videonu yayımlayaraq, bir çox xəstəlikdən əziyyət çəkdiyini bildirib.

Aprelin 13-də səhər saatlarında kiber-polis qüvvələri tərəfindən həbs edilən Pakruh sorğu-sual edildikdən sonra Təbriz həbsxanasına göndərilmişdi. İki gün sonra o, 100 milyon tümənlik girov müqabilində zaminə buraxılmışdı.

Azərbaycanlı fəal Fərhad Pakruhun atası Cəbrayıl Pakruh təhlükəsizlik orqanlarının həm özünün, həm də oğlunun fəaliyyətlərinə görə təzyiqlərə məruz qaldığını açıqlayıb. Video-görüntü paylaşaraq, özü, qardaşı və oğlunun polis məmurları tərəfindən ağır şəkildə döyüldüyünü və məhkəmə orqanlarının onların şikayətlərinə baxmaqdan imtina etdiyini bildirib.

Forum

XS
SM
MD
LG