Accessibility links

Müvafiq qanunların olmaması siyasi “deepfake”-lərlə mübarizəni çətinləşdirir


Müvafiq qanunların olmaması siyasi “deepfake”-lərlə mübarizəni çətinləşdirir
please wait

No media source currently available

0:00 0:03:00 0:00

ABŞ seçiciləri müxtəlif xarici ölkələrin bəd niyyətinin qurbanı olmağa həssasdır. Süni zəka vasitəsilə seçicilərə müxtəlif namizədlər haqda həqiqətə uyğun olmayan məlumatlar verilə və ya xarici ölkələrin maraqları təşviq edilə bilər.

Süni zəkadan ABŞ seçkilərində artıq istifadə edilib.

Məsələn, Donald Trampın yoluxucu xəstəliklər eksperti Anton Fauçi ilə generativ fotosu, və ya Co Baydenin Nyu Hempşir seçicilərinə ara seçkilərə getməməyə çağıran robozəngi.

Brukinqs İnstitutunun media eksperti İleyn Kamark deyir ki, seçki “deepfake”-lərinin zamanlaması onları təhlükəli edir: “Hətta seçkiyə 24 saat qalmış kimsə “deepfake” və ya dezinformasiya yayırsa, ona qarşı mübarizə çox çətin olur. Çox yaxın fərqlə olan seçkilərdə bu, qalibi və məğlubu müəyyən edə bilər.”

Ricul Quptanın DeepMedia şirkəti Pentaqona “deepfake”-ləri müəyyən etməyə yardımçı olur. O deyir ki, “deepfake”-ləri popular edən asan və ucuz olmalarıdır: “Sonda “deepfake” hazırlamağa cəmi 15 dəqiqə lazımdır. Çox sayda onlayn xidmətlər var. Ödəniş etsən, daha yaxşılarını taparsan. 30 saniyə audio təxminən 2 dollara.”

Vəkil və ifadə azadlığı müdafiəçisi Ari Kon: “Rusiya haqda çoxlu söz-söhbət var, amma Çin də buradadır. Süni zəka yarışında önə sıçrayış etməyə çalışır.”

Kon deyir ki, ən mürəkkəb xarici əməliyyatlarda məqsəd siyasi dezinformasiyanı nüfuzlu amerikalılar vasitəsilə digərlərinə yayılmasıdır.

ABŞ-ın böyük texnologiya şirkətləri siyasi kampaniyalar dövründə özünü könüllü tənmzimləyən mexanizmlər vəd ediblər. Amma bununla bağlı heç bir federal qanun yoxdur.

Ari Kon, TechFreedom: “Birləşmiş Ştatlarda siyasi ifadəni tənzimləmək çox çətindir. Konstitusiya siyasi ifadəni qoruyur və bunun səbəbi var - Biz hökumətin seçkilərə müdaxiləsini istəmirik.”

Qupta deyir ki, çətinliyin əsas hissəsi yanlış və ya bir qrupun razılaşmadığın məqam arasında fərqi müəyyən etmək qabiliyyətidir. Bu səbəbdən nəyin “deepfake” olduğunu necə bilək?

Ricul Qupta, DeepMedia rəhbəri: “Audionun keyfiyyəti pisdirsə, bu, süni zəka tərəfindən hazırlandığına bir işarədir. Gülməli və ya qəribə səslənə bilər, ya da fotoda bəzi simvollar görünə bilər. Məsələn, əgər bir şəxslə video zəngdəsinizsə və onun “deepfake” olduğundan şübhələnirsinizsə, o zaman həmin şəxsən yerindən fırlanmağını rica edin. Etməsələr, deməli “deepfake” ola bilərlər.”

Kon deyir ki, süni zəka siyasətdə yaxşı işlər üçün istifadə edilə bilər. Məsələn, namizədlərə mesajlarını diaspora icmalarına öz dillərində çatdırılması və ya siyasi kampanyalar seçicilərin davranışı ilə bağlı daha dolğun məlumatın verilməsi.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG